Avropa İttifaqı səfirinin avtomobilini Bakıda vurub qaçdılar - FOTO

Avropa İttifaqı səfirinin avtomobilini Bakıda vurub qaçdılar - FOTO
17:12 5 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mardın avtomobili Bakıda qəzaya düşüb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam "Fairmont Baku" hotelinin qarşısında baş verib.

Bakıda keçirilən Ukraynanın müstəqilliyinin 25 illiyinə həsr olunan rəsmi mərasimdə iştirak etmək üçün Malena Mard ötən gün axşam hotelə gəlib. Bu zaman onun "BMW 7-series" markalı xidməti avtomobili naməlum şəxsin idarə etdiyi avtomobil tərəfindən vurulub. Daha sonra avtomobili vuran şəxs saxlamadan hadisə yerindən qaçıb.

Qeyd edək ki, hadisə baş verən zaman xanım səfir avtomobildə olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/476428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR