Azərbaycanlı deputatın erməni həmkarı ilə fotosu yayıldı

Azərbaycanlı deputatın erməni həmkarı ilə fotosu yayıldı
17:12 5 Oktyabr 2016
630 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovun erməni deputatla fotosu yayılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Feysbuk-da yayılan fotoda hər iki deputatın əl tutduğu və bir-birilə danışdığı görünür. 

Bəzi sosial şəbəkə istifadəçiləri fotonun altından müxtəlif tənqidi fikirlər yazıb, bəziləri isə Azər Süleymanovun müdafiəsinə qalxıb. 
 
Foto haqqında saytımıza danışan Azər Süleymanov deyib ki, hazırda Gürcüstanda seçki kampaniyası gedir və bunu edənlər, əslində, ona qarşı kampaniyası aparanlardır: "Əvvəla, bu foto bir neçə il əvvəl çəkilib. Fotodakı digər şəxs Samvel Petrosiyandır. O da Gürcüstan parlamentinin deputatı olub. Şəkil çəkilən vaxt müzakirə gedirdi və mən açıq bəyan edirdim ki, Dağlıq Qarabağ Azərbaycanındır və gec-tez Azərbaycanın da olacaq. 

Diqqət etsəniz, görərsiniz ki, orada biz mərcə giririk, bir gürcü deputatda bizim mərcimizi kəsir. O vaxt bu fotonu sosial şəbəkələrə özümüz qoymuşduq. Burada gizli bir məqam yoxdur. Hesab edirəm ki, mənim Dağlıq Qarabağla bağlı mövqeyim Azərbaycan ictimaiyyəti üçün son dərəcə aydındır. 

Samvel Petrosiyan mənimlə bərabər parlamentin deputatıdır. Orada başqa məsələ ola bilməz. 
 
Xarici platformalarda Azərbaycan deputatları da erməni deputatlarla salamlaşır və müzakirələr zamanı sözlərini deyirlər. Bizim vətənə sədaqətimiz müzakirə mövzusu ola bilməz".

Deputat qeyd edib ki, bu fotonu Kamran Məmmədov adlı şəxs sosial şəbəkələrdə yayır: "Bu şəxs Nina Burcanadzenin partiyasının üzvüdür. Özü də 6-7 il bizim yanımızda olub. Sonra şübhəli şəxs olduğu ortaya çıxdı, yanımızdan qovduq. Bu adam nəinki mənim parlamentdə Xocalı soyqrımı, Qarabağ haqda qaldırdığım məsələləri, eləcə də digər problemlərlə bağlı çıxışlarımı gülünc vəziyyətə qoymağa çalışır.  
 
Mən onun haqqında əlavə bir şey danışmaq istəmirəm. Təəssüf ki, belə şəxslər də var..."

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/476422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR