Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Əli və Nino”nun ispan aktrisası Bakıda: "Azərbaycana aşiq oldum"

“Əli və Nino”nun ispan aktrisası Bakıda: "Azərbaycana aşiq oldum"

Date: 5 October 2016 17:16

“Əli və Nino” filminin aktyor və yaradıcı heyəti media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, hazırda davam edən tədbirdə filmin "Nino"su, ispan aktrisa Mariya Valverde də iştirak edir.

O, Azərbaycan və film haqda təəssüratlarını bölüşərək "Azərbaycana aşiq oldum" deyib.

Qeyd edək ki, Qurban Səidin eyniadlı romanı əsasında çəkilən filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.






Tags:  Əli Ninonun ispan aktrisası Bakıda Azərbaycana aşiq oldum

RƏYLƏR


Top news