Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ" "Ayntraxt"da oynayan qapıçı transfer etdi - RƏSMİ

"Qarabağ" "Ayntraxt"da oynayan qapıçı transfer etdi -   RƏSMİ

Date: 5 October 2016 17:17


"Qarabağ” növbəti transferini reallaşdırıb. Bu haqda məlumat verən klubun direktoru Əmrah Çəlikəl millimizin sabiq qapıçısı Emil Balayevin keçidini həll etdiklərini bildirib.

 

Hazırda "transfer pəncərəsi” bağlı olsa da, Emil sərbəst futbolçu olduğundan keçidin reallaşmasında problem yaranmayıb: "Emil Balayevi artıq "Qarabağ”ın futbolçusu hesab ermək olar. Onunla 1 illik müqavilə imzalamışıq. Ancaq bu müddət sonradan artırıla da bilər. Emil gənc, perspektivli qapıçıdır. Qurban Qurbanov başda olmaqla məşqçilər korpusumuz onun faydalı "Qarabağ" üçün olduğunu hesab edərək keçidinin həyata keçirilməsini istədilər. Biz də bunu reallaşdırdıq”.

 

Məlum olduğu kimi, Balayev ötən ay "Qarabağ”ın düşərgəsində məşq etsə də, həmin vaxt saytımıza açıqlamasında bunu formasını saxlamaq üçün etdiyini açıqlamışdı. "Qarabağ” onda 22 yaşlı qapıçıya maraq göstərsə də, bir müddət gözləməli olub: "Bildiyiniz kimi, Emil yenidən Almaniyaya qayıtdı, orda oynamaq istədi, bu variantın həlli üçün yollandı. Ancaq bu, baş tutmayınca geri qayıtdı. Biz də onunla məsələni rəsmiləşrdik. Emili transferi gəlcəyi hesablanmış addımdır. Ona lazım olan oyun praktikasının qazanmasına çalışacağıq. İnanırıq ki, qapıçılarımızla birgə çalışaraq artıracaq və bu imkanı qazanacaq. Hər halda, Emilin keçidini yaşının az olmasını, gələcəyi düşünərək həll etmişik”.

 

Çəlikəlin sözlərinə görə, Balayevin bir müddət "Qarabağ”ın əvəzedicilərində oyun praktikası qazanması da mümkündür. Qış fasiləsinədək heç bir transer mümkün olmadığından, nəinki Emil, hansısa qapıçısının başqa kluba icarəyə verilməsi qeyri-mümkündür. Hərçənd, "Qarabağ"da qapıçıların sayı artıq 5-ə çatıb. Bu mövsüm gələn serbiyalı əlcək sahibi Boyan Şaranov çempionatın son turunda "Qəbələ” ilə matçda səhv etsə də, Balayevin gəlişindən sonra onun göndərilməsi məsələsi gündəmdə deyil.

 

Çəlikəlin fikrincə, hər bir futbolçu, qapıçı səhv edə bilər. Bir səhvlə oyunçunu çıxartmaq və ya haqqında ölçü götürmək düzgün olmazdı. Buna görə də Şaranovla bağlı belə bir şey nəzərdə tutulmayıb. Qapıçılarımızın çoxluğu rəqabəti artıracaq və kimin oynamasına məşqçilər korpusu qərar verəcək”. (Sportnet.az)


Fanat.Az


Tags:  Qarabağ Ayntraxtda oynayan qapıçı transfer etdi RƏSMİ


RƏYLƏR


Top news