Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputat: "Con Kerri istəyir ki, ermənilərin xətrinə heç kim dəyməsin"

Deputat: "Con Kerri istəyir ki, ermənilərin xətrinə heç kim dəyməsin"

Date: 5 October 2016 17:17

Hələ 1988-ci ildə ermənilər Dağlıq Qarabağ məsələsini ortaya atdıqları vaxtdan Con Kerrinin xüsusi ermənipərəst mövqeyi var.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlamasına münasibət bildirərkən deyib.

E.Məmmədov qeyd edib ki, C.Kerri Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: "O istəyir ki, əbədi atəşkəs olsun və ermənilərin xətrinə heç kim dəyməsin. Bunlar da desin ki, biz missiyamızı yerinə yetiririk, qoymuruq ki, bir-birilərinə güllə atsınlar".

Deputat bildirib ki, C.Kerri erməni qrupunda fəaliyyət göstərib Moskvaya gələn, bəyanat verən, ermənilərə görə SSRİ-nin qarşısına tələb qoyan 5-10 ABŞ siyasətçisindən biri idi: "1990-cı il 20 yanvar hadisələrində SSRİ-yə ermənilərin qorunması ilə bağlı tələb kimi gönədirilən sənədin altında Con Kerrinin imzası vardı. Con Kerrinin ermənipərəst fəaliyyətini saymaqla qurtarmaq olmaz".

E.Məmmədov vurğulayıb ki, C.Kerri də, "Twitter" həvəskarı Ceyms Uorlik də çox şey deyə bilər: "Çünki işğal altında olan torpaq onların deyil, dağılan evlər onların deyil, bir milyondan çox yurd-yuvasından didərgin düşmüş insan onların deyil. Ancaq qoy nə deyirlər desinlər. Bizim məqsədimiz aydındır. Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan heç kimin sözü ilə oturub-durmur. Biz torpaqlarımızın işağldan azad edilməsi üçün öz bildiyimiz yolla gedib, öz istəyimizə çatmaq üçün hərəkət edirik".

Millət vəkili vurğulayıb ki, bütün cəhdlərə baxmayaraq, Azərbaycan öz yolundan geri çəkilməyib, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və barışmaz mövqeyi sayəsində Ermənistan, erməni lobbisi və onun Con Kerri kimi təəssübkeşləri istəklərinə nail ola bilməyiblər və ola da bilməyəcəklər.

Milli.Az


Tags:  Deputat Con Kerri istəyir ermənilərin xətrinə heç kim dəyməsin

RƏYLƏR


Top news