Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Taliban" Əfqanıstanın şimalındakı şəhəri ələ keçirib

"Taliban" Əfqanıstanın şimalındakı şəhəri ələ keçirib

Date: 5 October 2016 17:17

Bakı. 5 oktyabr. REPORT.AZ/ Terrorçu "Taliban" hərakatı Əfqanıstanın şimalında yerləşən Kunduz şəhərini ələ keçirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bir neçə dövlət binası istisna olmaqla terorçular Kunduz şəhərinə tam nəzarət edirlər.
Hökumət qüvvələrinin nəzarətində yalnız İcra hakimiyyəti və Milli Təhlükəsizlik İdarəsinin binaları qalıb. Hökumət qüvvələri ilə "Taliban" silahlılar arasında döyüşün davam etdiyi haqda məlumatlar da var.
Xəbər görə, bu şəhər 2015-c i ildə "Taliban"ın əlinə keçsə də, onda Əfqanıstan ordusu onları şəhərdən təmizləyə bilmişdi. 

Tags:  Taliban Əfqanıstanın şimalındakı şəhəri ələ keçirib

RƏYLƏR


Top news