Məşhur ispan aktrisa Bakıdadır - FOTO

Məşhur ispan aktrisa Bakıdadır - FOTO
17:22 5 Oktyabr 2016
82 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur ispan aktrisa Mariya Valverde artıq Bakıdadır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, aktrisa Nino obrazını canlandırdığı "Əli və Nino" filminin Heydər Əliyev Mərkəzində baş tutacaq premyerasında iştirak edəcək.
 
Aktrisa sosial şəbəkədə Azərbaycanla bağlı paylaşımlar edib.
 
Müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı-ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.
 
Filmdə azərbaycanlı Əlixan Şirvanşirin rolunu tanınmış aktyor Adam Bakri, gürcü gözəli Ninonun obrazını isə ispan aktrisa Mariya Valverde canlandırıb.
 
Valverdə "Səmadan 3 metr yüksəklikdə" filmində yaratdığı Babi rolu ilə böyük populyarlıq qazanıb.
 
Məhəmməd Əsəd Bəyin Qurban Səid imzası ilə yazdığı bu roman ilk dəfə 1937-ci ildə Berlində - alman dilində (Qot əlifbasında) çıxıb. Əli və Ninonun sevgi hekayəsi Birinci Dünya Müharibəsindən öncəki dövrdə Bakıda, Gürcüstanda və İranda baş verib. Roman ilk nəşrindən bu yana dünyanın əksər dillərinə tərcümə edilib və XX yüzilin ən gözəl sevgi romanları sırasında yer alıb.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/476436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR