Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanın xarici işlər naziri makedoniyalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri makedoniyalı həmkarı ilə görüşüb

Çavuşoğlu Moskvaya gedir (27 Mart 2017 13:33)
Birləşmiş Ərəb Əmirliklərinin XİN başçısı Azərbaycana gələcək (13 Mart 2017 12:22)
Rasmussen Niderlanda görə türkiyəli həmkarı ilə görüşdən İMTİNA EDİB (12 Mart 2017 19:32)

Tarix: 5 Oktyabr 2016 17:22

Bakı. 5 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov makedoniyalı həmkarı Nikola Poposki ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Makedoniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. İki ölkə arasında enerji, nəqliyyat və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Teqlər:  Azərbaycanın xarici işlər naziri makedoniyalı həmkarı görüşüb



RƏYLƏR


Top xəbərlər