Bakıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb

Bakıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb
17:47 5 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda biri qadın olmaqla üç nəfərlik qrup bir neçə mağazanı qarət edib.
Bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Məlumata görə, Binəqədi rayonu ərazisində Mürvət Talıbova məxsus mağazadan oğurluq edilib.
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən əvvələr məhkum olunan Kəlbəcər rayon sakini Vidadi Quliyev saxlanılıb. V.Quliyev ifadəsində bundan öncə 5 mağazadan oğurluq etdiyini etiraf edib. O, bu əməlləri Sadiq Mustafayev və Gülnar adlı xanımla birgə etdiyini bildirib. Buna görə də Sadiq Musatafayev tutularaq istintaqa təhvil verilib.
Hazırda Gülnar adlı qadının axtarışına başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-ogurluqla-mesgul-olan-deste-uzvleri-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR