Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Meşədə qətl törədən dəstənin məhkəməsi yekunlaşdı

Meşədə qətl törədən dəstənin məhkəməsi yekunlaşdı

Date: 5 October 2016 17:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə qətldə təqsirləndirilən Vüsal Mirzəyev, Vüsal QədiyevNizami İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə təqsirləndirilən N.İsmayılovun vəkili müdafiə çıxışı edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs günahsızdır və buna görə də ona bəraət verilməlidir. Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Sonra hakim məhkəmə istintaqının yekunlaşdığını bildirib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses oktyabrın 12-də davam etdiriləcək.

İttihama görə, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olduğu müəyyən edilib.

İstintaqla həmçinin müəyyən edilib ki, Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü Nizami İsmayılov Xanlar Nadirovla birlikdə ötən il sentyabrın 6-da saat 22 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafeyə gedərək orada yemək yeyəndən sonra onların arasında mübahisə yaranıb və həmin şəxslər X. Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada qətlə yetiriblər. Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov saxlanılıb.

Milli.Az


Tags:  Meşədə qətl törədən dəstənin məhkəməsi yekunlaşdı

RƏYLƏR


Top news