Günahsız gənci həbs edən müstəntiq işdən çıxarıldı

Günahsız gənci həbs edən müstəntiq işdən çıxarıldı
17:57 5 Oktyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Xətai rayonu 37-ci Bölməsində işgəncəyə məruz qaldığını, günahsız olaraq bir müddət Kürdəxanı təcdirdxanasında saxlanıldığını bildirən Bakı şəhər sakini Araz Orucovla bağlı məsələyə dair yeni açıqlama verib.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu məsələ ilə bağlı modern.az-a göndərdiyi açıqlamada deyib:
 
"Bir sıra saytlarda və xəbər portallarında Bakı şəhər sakini Araz Orucovun törətmədiyi cinayəti polis bölməsində guya fiziki təzyiq nəticəsində boynuna götürməsi barədə səsləndirdiyi iddiaların heç bir hüquqi əsası yoxdur.
Araz Orucovun bəhs etdiyi cinayət işi Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanıb. Hadisənin törədilməsində şübhəli bilinənlərin - Araz Orucovun və Elvin Qarayevin ilkin etirafedici ifadələri, ifadələrinin yerində yoxlanması protokolları və bu zaman çəkilmiş fotoşəkilər, həmçinin zərərçəkmiş şəxslərin ifadələri əsasında 10 may 2015-ci il tarixdə müstəntiq tərəfindən Araz Orucov Cinayət Məcəlləsinin 181.2.1. və 181.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Ona həmin maddələr ilə ittiham elan edilərək Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Yeri gəlmişkən, Elvin Qarayev və qardaşı Elsevər ötən ilin fevralın və mayın əvvəllərində Xətai rayonu ərazisində digər quldurluq və oğurluq hadisələri də törədiblər. Lakin istintaqın sonrakı mərhələsində qeyd olunan quldurluq faktı üzrə Elvin Qarayevin və Araz Orucovun əməlində cinayət tərkibi müəyyən edilmədiyi, həmin epizodlar üzrə onlara elan olunmuş ittiihamların sübuta yetirilmədiyi məlum olub. Bu səbəbdən baş müstəntiq R.Almazovun qərarı ilə A.Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilib və o, həbsdən azad olunub, Elvin və Elsevər Qarayevlərin CM-nin oğurluq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi isə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Yazılanların əksinə olaraq, A.Orucuvun təqsirli bilindiyi cinayəti hələlik açmaq mümkün olmadığından bu işdə kimlərinsə tutulması barədə səslənmiş fikirlər də həqiqətdən uzaqdır. Təbii ki, iş olan yerdə nöqsan da olur. Əməliyyat-xidməti və istintaq fəaliyyəti də bu baxımdan istisna deyil. Elə DİN rəhbərliyinin ciddi nəzarəti və tələbkarlığı nəticəsində insan hüquqlarını pozan, xidməti vəzifələrinə səhlənkar yanaşan hər il neçə-neçə əməkdaş intizam məsuliyyətinə cəlb edilir, DİO-dan xaric edilməyədək sərt şəkildə cəzalandırılır. Onlardan biri də Xətai RPİ-nin adıçəkilən müstəntiqidir. İşdə yol verdiyi ciddi nöqsanlara və digər xidməti qəbahətlərə görə baş müstəntiq Raciv Almazov Nazirliyin rəhbərliyi tərəfindən tutduğu vəzifədən azad edilib.

Araz Orucovun 37-ci PB-nin əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi ərizə əsasında Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb, toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından 13 noyabr 2015-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunub. Bundan əlavə, polis orqanlarının bütün müvəqqəti saxlama yerlərinə Nazirliyin rəhbərliyi, prokurorluq, Ombudsman Aparatı tərəfindən, həmçinin aidiyyəti QHT-lər tərəfindən nəzarət ciddi olduğuna görə həmin məkanlarda istənilən vətəndaşa qarşı hər hansı fiziki təsirin göstərilməsi praktiki cəhətdən mümkünsüzdür. Göründüyü kimi, A.Orucovun şikayətini rayon prokurorluğu təqribən bir il öncə araşdırıb və sonuncunun işgəncə ilə bağlı iddiaları təsdiqini tapmayıb. Prokurorluğun həmin araşdırmasının üstündən təqribən 1 il, A.Orucovun həbsdən buraxılmasından təxminən 5 ay keçdikdən sonra rəsmi qurumlar tərəfindən təsdiq olunmayan, ictimai fikri çaşdırmağa yönəlmiş işgəncə məsələsinin az qala dünən baş vermiş hadisə kimi yenidən "Azadlıq Radiosu" tərəfindən zorla gündəmə gətirilməsinin səbəbi yaxşı məlumdur. Bu radio və eyni adlı mətbu orqanın Azərbaycan iqtidarının qazandığı bütün uğurlara qısqanclıqla yanaşması və onları görməzdən gəlməsi, dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının nüfuzdan salınmasına hesablanmış, bəlli çevrələrin sifarişi əsasında "qara piar"ı həyata keçirməsi heç kim üçün sirr deyil.

Lakin təəssüfləndirici olduğu qədər düşündürücü məqam bir müstəntiq səhlənkarlığının qurbanı olmuş şəxsin heç bir rəsmi qurumla dəqiqləşdirilməmiş, polisin nüfuzunu zədələməyə yönəlik olması elə ilk baxışdaca sezilən məlum fikirlərini "Azadlıq Radiosu"ndan tələm-tələsik götürərək özlərini müstəqil və ciddi adlandıran, dövlətçiliyə xidmət etdiklərini vurğulamaqdan usanmayan bəzi sayt və portalların həmin iddialara bunca səxavətlə yer ayırmasıdır və bu, bəzilərinin iddia etdikləri kimi, heç də sırf "jurnalist marağı"dan irəli gəlmir. Tamamilə aydındır ki, ölkəmizin müstəqil siyasət yeritməsini, onun uğurlarını, yaradılmış sabitliyi gözləri götürməyən məlum dairələrin və onların bu məqsədlə formalaşdırmağa çalışdıqları "beşinci kalon"un maraqlarının müdafiəçisi olan, söz və mətbu azadlığından fon kimi yararlanan bəzi KİV-lər, əslində, aranı qatmaq, vətəndaşlarda dövlətə və hüquq-mühafizə orqanlarına inamsızlıq yaratmaq istəyirlər. Xüsusən polis orqanlarını gözdən salmağa hesablanmış belə qarayaxmalar, yoxlanılmamış məlumatların sözügedən KİV-lərdə yayılması ilk dəfə deyil.

Yeri gəlmişkən, A.Orucovun anası Aygün Rüstəmovanın evini satdıraraq oğlunu guya həbsdən azad etdirəcəyi adı ilə onun 22.000 manatını dələduzluq yolu ilə mənimsəmiş Şahin Qulisoy Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İspaniyada növbəti terror - 4 terrorçu məhv edildi

18 Avqust 2017 09:13

Atəşkəs pozuldu - 112 dəfə

18 Avqust 2017 09:13

Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 112 dəfə pozub

18 Avqust 2017 09:12

28 yaşlı oğlan özünü asdı - Qaxda

18 Avqust 2017 09:04

Ronaldu: "Barselona xəbərlərindən sarsılmışam"

18 Avqust 2017 08:52

Ronaldo Barselona terrorundan yazdı - Foto

18 Avqust 2017 08:43

"Tin uşaqları" bakılıları əyləndirəcəklər

18 Avqust 2017 08:23

Məktəbli forması seçərkən diqqətli olun - VİDEO

18 Avqust 2017 08:03

Neftçalada avtomobil 65 yaşlı kişini vurub

18 Avqust 2017 07:52

Atlantik okeanında 6,7 bal gücündə zəlzələ olub

18 Avqust 2017 07:47

Tramp Barselonada törədilən terror aktı ilə bağlı KÖMƏK TƏKLİF ETDİ

18 Avqust 2017 07:33

Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq

18 Avqust 2017 07:17

İspaniyada yaralanmış 5-ci terrorçu da öldü

18 Avqust 2017 07:09

Mineral su içməyin faydaları

18 Avqust 2017 07:03

"Ericsson" 25 minədək işçisini ixtisar edəcək

18 Avqust 2017 06:38

Barselonadakı terrorçu sürücü hələ də azadlıqdadır

18 Avqust 2017 06:34

Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü tapılmayıb

18 Avqust 2017 06:32

Konqoda 40 nəfər sürüşmənin qurbanı olub

18 Avqust 2017 06:07

Taxtadan bikini, radiolu şapka... - insanlara heç bir faydası olmayan 15 ANLAMSIZ KƏŞF

18 Avqust 2017 06:03

"Titanik"in qəhrəmanları 20 il sonra bir arada

18 Avqust 2017 05:49

"Dembele və Koutinyonu transfer etməyə yaxınıq" - "Barselona" rəsmisi

18 Avqust 2017 05:33

Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO

18 Avqust 2017 05:03

İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib

18 Avqust 2017 04:52

Barselonada 18 ölkədən azı 100 nəfər yaralanıb

18 Avqust 2017 04:34

12 yaşlı oğlan yol qəzasının qurbanı oldu

18 Avqust 2017 04:33

Avropa Liqası: "Fənərbaxça" uduzdu

18 Avqust 2017 04:29

Sinəsi açılan aktrisa pis vəziyyətə düşdü - FOTOLAR

18 Avqust 2017 04:03

Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşları xəsarət alıb

18 Avqust 2017 04:02

İspaniyada iki partlayış: ölən və yaralananlar var

18 Avqust 2017 03:49

İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub, xəsarət alanlar var

18 Avqust 2017 03:47

Təminat verirəm ki, müharibə olmayacaq - Cənubi Koreya lideri

18 Avqust 2017 03:33

Barselonada atışma zamanı 2 polis yaralandı

18 Avqust 2017 03:29

Bakıda toy mərasimində qohumlar arasında dava olub: xəsarət alan var

18 Avqust 2017 03:12

Bu ilin ən yaxşı baş məşqçisi Londonda açıqlanacaq

18 Avqust 2017 03:03

Neqativ emosiyaların mənfi qarşılanması psixi sağlamlığın pozulmasına səbəb olur

18 Avqust 2017 02:33

Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var

18 Avqust 2017 02:22

Sabirabadda bıçaqlanma

18 Avqust 2017 02:19

Barselonada şübhəli bilinən terrorçulardan biri məhv edilib

18 Avqust 2017 02:10

Qalaaltı sanatoriyasına gələn turistlərin sayı 40 FAİZ ARTIB

18 Avqust 2017 02:03

Neftçala sakinindən narkotik vasitələr götürüldü

18 Avqust 2017 01:59

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

18 Avqust 2017 01:38

Azərbaycan məhsulları “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində təqdim olunacaq

18 Avqust 2017 01:37

Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi

18 Avqust 2017 01:33

Avroliqada "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

18 Avqust 2017 01:32

Ən yaxşı adına 24 namizəd - FİFA açıqladı

18 Avqust 2017 01:17

Türkiyədə meşədə güclü yanğın

18 Avqust 2017 01:14

Barselonada teraktdan sonra iki nəfər həbs edildi

18 Avqust 2017 00:54

Viktor Valdes futboldan getdi

18 Avqust 2017 00:48

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI - 2018, 2023, 2028... - VİDEO

18 Avqust 2017 00:43

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

18 Avqust 2017 00:42