Azərbaycanda talassemiyanın daha çox yayıldığı yerlər - SİYAHI

Azərbaycanda talassemiyanın daha çox yayıldığı yerlər - SİYAHI
18:17 5 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər il 200-ə yaxın uşaq talassemiya xəstəliyi ilə doğulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Respublika Perinatal Mərkəzi və Respublika Müalicə Diaqnostika Mərkəzinin (RMDM) təşkilatçılığı ilə "Azərbaycanda irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına" həsr olunan konfransda çıxış edən RPM-nin direktoru, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə ilk dəfə olaraq talassemiya xəstəsi kimi qeydə alınanların sayı 213 nəfər olub. Onlardan 155 nəfəri 17 yaşa kimi olan gənclərdir.

Azərbaycanda 2015-ci ildə rəsmi qeydiyyata alınan talassemiyalı xəstələrin ümumi sayı 2593 nəfər olub ki, onlardan da 1691 nəfəri 17 yaşa qədər olan gənclərdir.

Xəstəlik Azərbaycanda daha çox Şəki, Ağdam, Mingəçevirdə qeydə alınır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR