Səfir: "Ukraynada 25 Azərbaycan vətəndaşının oğurlanması barədə məlumatlar əsassızdır"

Səfir: "Ukraynada 25 Azərbaycan vətəndaşının oğurlanması barədə məlumatlar əsassızdır"
18:17 5 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Son vaxtlar kütləvi informasiya vasitələrində Ukraynada 25 Azərbaycan vətəndaşının oğurlanması barədə yayılan məlumatlar əsassızdır.

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib. O deyib ki, 2014-cü ildən bu günədək Ukrayna ərazisində 7 azərbaycanlının oğurlanması barədə məlumat daxil olub ki, onlardan 2-si Azərbaycan, 2-si Ukrayna, 3-ü Gürcüstan vətəndaşıdır. 18 nəfər isə 2014-cü ildən Donetsk və Luqansk vilayətlərində başlayan silahlı qarşıdurma zamanı itkin düşmüş şəxslərdir. 
 
A.Xudiyev qeyd edib ki, hazırda azərbaycanlılara qarşı baş vermiş cinayət faktları ilə bağlı iki ölkənin müvafiq qurumları arasında iş gedir və tezliklə bunun nəticəsi olacaq: "Azərbaycanla Ukrayna arasında dərin tarixə malik dostluq əlaqələri var. Bizim xalqlar bir-birinə tarixən səmimi dost münasibətləri bəsləyiblər. İndi bu cür mükəmməl münasibətləri düşünülməmiş addımlarla korlamaq olmaz. Ukraynada azərbaycanlıların oğurlanmasını şişirdib, bunun arxasında erməni əsilli daxili işlər naziri Arsen Avakovun olmasını iddia etmək düzgün fikir deyil. Burada tək azərbaycanlılara qarşı yox, bütün millətlərə, o cümlədən ukraynalıların özlərinə qarşı da cinayət hadisələri olur. Səhv fikirdir ki, Ukraynada bu hadisələr ancaq azərbaycanlılara qarşı törədilir. Hazırda adam oğurluğu edən elə bir dəstə də tutulmayıb ki, onların kimliyi bəlli olsun. Ukrayna cəmiyyətinin özündə Daxili İşlər Nazirliyinin fəaliyyətindən narazılıq var, amma bu, sırf azərbaycanlılarla bağlı deyil. Artıq yeni bir Ukrayna var. Burada hər şey yenidən başlayır və biz azərbaycanlılar da bu məsələlərdə diqqətli olmalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/476452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR