Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rus bombardmanları Avropaya girib - RƏSMƏN TƏSDİQLƏNDİ

Rus bombardmanları Avropaya girib - RƏSMƏN TƏSDİQLƏNDİ

Date: 5 October 2016 18:19

Avropada Norveçdən İspanyanın şimalına doğru uçan Rusiya hərbi təyyarələri aşkarlanıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 4 Avropa ölkəsinin hərbi hava qüvvələri birgə Rusiya bombardmanlarını geri qaytarmağa məcbur edib.

 

Bildirilir ki, hadisə sentyabrın 22-də baş verib. Rusiyaya məxsus “TU-160 Blackjack” tipli bombardmanlar xəbərdarlıqlara baxmayaraq uçuşa davam edib. Dərhal Norveç, İngiltərə, Fransa və İspaniyadan hərbi təyyarələr səmaya qalxıb və rus bombardmanları əhatəyə alınıb. Nəhayət həmin təyyarələri geri qaytarmaq mümkün olub və NATO ölkələrinə məxsus hərbi təyyarələr Şotlandiya sahillərinədək rus bombardmanları müşayət edib.

 

 

Fransanın Müdafiə Nazirliyi olayı təsdiqləyib.


Tags:  Rus bombardmanları Avropaya girib RƏSMƏN TƏSDİQLƏNDİ


RƏYLƏR


Top news