Xalq artisti: “Susmağa məcburam”

Xalq artisti: “Susmağa məcburam”
18:23 5 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

“Seriallardan xoşum gəlmir, amma baxmağa məcburam. Çünki sənətim bunu tələb edir”.

Publika.az-a açıqlama verən Xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov Azərbaycanda çəkilən seriallardan danışarkən belə deyib:

“Bizim seriallarda peşəkarlıq çatmır, amma bu barədə danışmaq istəmirəm. Bəzən kiminsə barədə tənqidi fikir söyləyirəm, məndən küsür. Buna görə susmağa məcburam”.

Türk seriallarına maraqla baxdığını deyən rejissor, onların serial bazarında daha çox tanındıqlarını bildirib:

“Türk serialları daha peşəkarlıqla çəkilir. Rejissor işi, ssenari mükəmməldir. Mən özüm də “Möhtəşəm yüzyıl”, “Əcnəbi damat”, “Arka sokaklar” və digər serialları izləmişəm, xoşuma da gəlib”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/171092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR