Azərbaycanla oyun öncəsi Çexiya millisində itki

Azərbaycanla oyun öncəsi Çexiya millisində itki
18:27 5 Oktyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Çexiya yığması itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Çexiya yığmasının meneceri Yaromir Şeterle deyib.

O bildirib ki, hücumçu Milan Şkoda yığmanın düşərgəsinə zədəli gəlib. Çexiya çempionatının ötən turunda "Karvina" ilə qarşılaşmanın son dəqiqələrində zədələnən "Slaviya"nın forvardın durumu qeyri-müəyyəndi.
 
Heyətə sonradan cəlb edilən 30 yaşlı futbolçunun oktyabrın 8-də Almaniya ilə Hamburqda keçiriləcək matçda iştirak etməyəcəyi dəqiqdi. Əgər Şkoda qısa müddətdə sıraya dönərsə, Azərbaycanla oktyabrın 11-də evdə baş tutacaq görüşdə məşqçilər korpusunun ixtiyarında olacaq. Baş məşqçi Karel Yarolim forvardın yığmamızla qarşılaşmaya hazır olacağına inandığı üçün onun yerinə heç kimə dəvət göndərməyib.
 
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu Ostrava şəhərinin "Munisipial" stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR