"Qala Sığorta" nizamnamə kapitalını artırır

"Qala Sığorta" nizamnamə kapitalını artırır
18:32 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Qala Sığorta" ASC-nin hər birinin nominal dəyəri 23 manat olan 350 min ədəd adi sənədsiz adlı səhm buraxılışını (qeydiyyat nömrəsi - AZ1003009219) dövlət qeydiyyatına alıb.
MBNP-dən "Report"a verilən məlumata görə, emissiya sığorta şirkətinin hazırkı səhmlərinin nominal dəyərinin 19,39 manatdan 23 manata konvertasiya yolu ilə həyata keçiriləcək. Bunun nəticəsində şirkətin nizamnamə kapitalının həcmi 18,62% artırılaraq 6 786 500 manatdan 8 050 000 manata çatdırılacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/qala-sigorta-nizamname-kapitalini-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR