Mal-qarası tələf oldu deyə özünü zəhərlədi - Astarada

Mal-qarası tələf oldu deyə özünü zəhərlədi - Astarada
18:34 5 Oktyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+



Mal-qarası tələf olan Astara sakini özünü zəhərləyib xəstəxanalıq oldu.

Lent.az-ın ARB-ə istinadən məlumatına görə, hadisə rayonun Şiyəkəran kəndində baş verib. Belə ki, heyvandarlıqla məşğul olan kənd sakini 55 yaşlı Sadiq Əliağa oğlu Teymurovun vəziyyəti qəfil pisləşdiyindən o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Müayinəsi aparılan Sadiq Teymurova dərman zəhərlənməsi diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti hazırda ağırdır.

Araşdırmalar zamanı məlum olub ki, 10 baş mal-qarası olan Sadiq Teymurovun heyvanları xəstəliyə tutulduğundan 5-i tələf olub. Profilaktiki tədbirlər aparılsa da, yerdə qlan heyvanların da  sağ qalmasına ümidlər azdır. Bundan sarsılan  heyvan sahibi dixlafos adlı dərmanı qəbul edib.

Qeyd edək ki, artıq kənd ərazisində onlarla heyvan tələf oub. Şiyəkəran kənd sakinlərinin sözlərinə görə hazırda xəstə heyvanların, ölüm ayağında olan mal-qaranın sayı da kifayət qədərdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR