“Moyka”larda ölüm saçan yuyucu vasitə: İNANILMAZ GERÇƏKLƏR

“Moyka”larda ölüm saçan yuyucu vasitə: İNANILMAZ GERÇƏKLƏR
18:48 5 Oktyabr 2016
141 Digər
Ölkə mətbuatı
A- A+

Qartalla Dağ Keçisinin ÖLÜM DİRİM SAVAŞI - İNANILMAZ VİDEO (02 May 2017 18:18)

Təkcə paytaxtda 7200-dən çox, ümumi respublika üzrə isə 1 milyondan artıq insan yolunu azı həftədə bir dəfə buradan salır. Çünki onlar buna məcburdurlar. Əks halda cərimələnəcəklər.

İnsanları buna məcbur edən səbəb isə maşınlarıdır. Getməli olduqları yer isə avtoyuma məntəqələridir. Bu palçıqlı çirkli küçələr ki bizdədir, deməli onlar bu məntəqələrə hələ çox gedəcəklər.

Amma məqsədimiz nə yolunu bu məntəqələrdən salmağa məcbur qalanlar, nə də çirkli küçələrdir.

“Müfəttiş” bu dəfə məhz bu məntəqələrin özünü və onların ətrafa vurduqları zərəri araşdıracaq. Hər gün azı 5-6 belə məntəqənin yanından keçərkən onların səhhətiniz üçün zərərli olduğunu heç düşünmüşdünüz? Yəqin ki, yox. Elə mən də. Amma “Müfəttiş” araşdırmasını oxuyandan sonra bu məntəqələrdən uzaq gəzəcəyinizə əminik.

Bu vaxta qədər bu məntəqələrdə əməyin istismarı, su, işığı qanunsuz istifadə etməklə büdcəyə zərər vurmaları, hətta yaratdıqları səs-küylə ətrafdakıların rahatlığını pozmalarından çox yazılıb. Hələ bu məntəqələrin yanından keçərkən yüksək təzyiqli su ilə islananları demirəm. Bunlar məsələnin görünən tərəfi. Bəs görünməyənlər?

Görünməyən tərəfləri isə istifadə olunan kimyəvi maddələr və 365 gün küçəyə axan kimyəvi maddə ilə zəngin suyun sonrakı taleyidir.

30 günə açılan məntəqə…

Əvvəlcə başlayaq avtoyuma məntəqəsi açmaq üçün tələblərdən. Məlumunuz olsun ki, avtoyuma məntəqəsinin açılması üçün Nəqliyyat Nazirliyindən rəyin alınması vacibdir. Bunun üçün ilk olaraq fiziki şəxs quruma rəsmi ərizə ilə müraciət etməlidir. Ərizəyə həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, həmçinin ərizədə qeyd olunan obyektə ərizəçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, habelə olduğu təqdirdə müvafiq dövlət orqanları ilə razılaşmalarının surətləri və obyekt üzrə digər zəruri texniki (eskizlər, sxemlər, çertyojlar) sənədlər əlavə olunmalıdır. Ərizə nazirliyə daxil olduqdan sonra qeydə alınır, baxılır, təqdim edilən sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 30 gündən gec olmayaraq rəy verilməsi haqqında qərar qəbul edilir.

Ancaq avtomobilləri təmizləmək məqsədi güdən bu məntəqələrin küçələrdə yaratdığı mənzərə ürəkaçan deyil. Çünki avtomobillərin yuyulduğu suyun kanalizasiya deyil, küçəyə axıdılır. Bu da küçədə avtomobillərin hərəkətinə mane törətməklə yanaşı, antisanitariya vəziyyəti yaradır. Çirkli suyun uzun müddət bir yerdə qalması pis qoxu ilə yanaşı, müxtəlif həşəratları əraziyə toplamış olur. Bu məntəqələrin məhz yaşayış binaların yaxınlığında yerləşməsini nəzərə alsaq, nəticəni təxmin etmək çətin deyil. Avtoyuma məntəqələrindən küçəyə axan çirkli su həm də asfalt örtüyünü sıradan çıxarır. Onsuz da bizdə asfaltın ömrü çox da uzun olmur, mütəmadi axıdılan su müddəti bir az da qısaldır. Nəzərə alsaq ki, bu suyun tərkibi kimyəvi maddələrlə zəngindir, onun zərəri bir az da artır. Kimyəvi maddələrlə zəngin su buxarlanır, lakin tərkibindəki maddələr yer səthində qalır. Sonra Günəş şüaları və küləyin sayəsində bu maddələr toz halında havaya qalxır. Davamını yazmağa ehtiyac var?..

Əslində necə olmalıdır?

Əslində bu məntəqələr qapalı yerdə olmalıdır. Hər bir məntəqədən axıdılan su kanalizasiyaya tökülməlidir. Bəzən məkan qapalı olsa da, maşınların kənarda yuyulmasını müşahidə edirik.

Biz müşahidə etdik, bəs görəsən qurumlar bu obyektləri, oradan küçəyə dağılan suyu görmür?

Bu məntəqələr ləğv edilsin!!!

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə daha sərt yanaşır və bu məntəqələrin ləğv edilməli olduğunu düşünür. Bunun üçün ekspertin özünəməxsus əsaslandırmaları da var: “Hesab edirəm ki, bu məntəqələrdə içməli su israf edilir. Çünki bizdə texniki su yoxdur, bu yuma məntəqələrində içməli sudan istifadə olunur. Şəhər İcra hakimiyyətləri küçələrin təmiz saxlanması üçün işlər görməlidir ki, avtoyuma məntəqələrinə ehtiyac qalmasın. Avtomobil yumağa xərclənən vəsaitlər küçələri təmiz saxlamaq üçün sərf ediləcək xərclərdən dəfələrlə çoxdur. Üstəlik, bu məntəqələrdə istifadə edilən kimyəvi maddələr küçəyə axıdılır. Su quruyandan sonra həmin maddələr buxarlanır və hava ilə insanları zəhərləyir. Hətta bu məntəqələrdəki suyun kanalizasiyaya axıdılması belə effektli çıxış yolu deyil. Çünki bu zaman da kimyəvi maddələr dənizin mikroflorasını məhv edir. Təəssüf ki, bu məntəqələrdə hansı yuyucu maddələrdən istifadə edilməsi barədə cəmiyyətdə heç bir məlumat yoxdur. Lakin onun insanlar və ətraf mühit üçün zərərlidir. Gündən-günə tükənən içməli suyu avtomobil yumağa sərf etmək axmaqlıq və nadanlıqdır”.

E.Hüseynov avtoyuma məntəqələri ilə bağlı “Azərsu”ASC-yə bir layihə təqdim etdiyini vurğuladı: “Bu məntəqələrdə işləyənlərin əmək və sağlamlıq hüququnun pozulmasından tutmuş, sudan israf edilməsinə qədər bir çox problemlər var. Qanunsuz işıq və su xətlərindən istifadə edilir. Təqdim etdiyimiz layihənin əsas məqsədi də bu məntəqələrin sayını minimum endirməkdir”.

“Kütləvi cəriməyə inanmıram”

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu obyektlərə yolu çəkənlər və mühafizə etməli olanlar nəzarət etməlidir: “Avtoyuma məntəqələrinin konkret yerləşmə yeri var. Onların axıtdıqları çirkab suları, şəhərin ümumi kanalizasiya sisteminə axmalıdır. Lakin bu qaydalara əməl etməyənlər də var. Onlar adətən, suyu kanalizasiya yox, asfalta axıdırlar. Çünki eyni anda daha çox müştəriyə xidmət etmək istəyirlər. Obyektin içərisində yer olmayanda avtomobillər açıq havada yuyulur, bu zaman da su yola dağılır.

Belə halların qarşısını almaq üçün yolları mühafizə edən “Azəravtoyol”ASC-nin qurumları nəzarət edə bilər. Əgər yol icra hakimiyyətinin balansındadırsa, o zaman onlar nəzarət etməlidir. Dövlət Yol polisi də yollara çirkab suların axıdılmasının qarşısını almalıdır. Buna görə konkret cərimələr də müəyyən olunub. Lakin bu məqamda kütləvi cərimələnmənin olduğuna inanmıram. Nəzarətdən kənar qalma halları çoxdur”.

Bəs həqiqətənmi qurumlar bu obyektləri nəzarətsiz qoyub?

Yolların çəkilməsi və onlara nəzarət edən qurumlardan “Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu problemin onları da narahat edən məsələ olduğunu dedi: “Eyni yerə intensiv su axıdılması asfalt-beton örtüyünü sıradan çıxarır. Bu hallar əsasən məhllədaxili küçələr, binalar qarşısında müşahidə edirik. Bu küçələr adətən yerli icra hakimiyyətlərinin balansında olur. “Azəravtoyol”un balansında olan küçələrdə də belə problemlərə rast gəlirik. Həmin məntəqələrdən axıdılan kimyəvi maddənin zərərini dəqiq bilməsəm də, sadəcə suyun mütəmadi yola axıdılması asfalt-beton örtüyünün sıradan çıxmasına səbəb olur. “Azəravtoyol”ASC-nin Yollarda Mühafizə Xidmətinin əməkdaşları mütəmadi olaraq reyd keçirirlər. Belə hallar aşkarlananda avtoyuma məntəqələrindən suyun qarşısını almaq, həmin məntəqələrin qarşısında suyun kanalizasiya axıdılması üçün xətlərin çəkilməsi tələb olunur”.

A.Nəcəfli onu da əlavə etdi ki, bu məntəqələr təkcə suyu axıtmaqda asfaltı sıradan çıxarmır, həm də səkiləri dağıdırlar.

“Maşınların rahat avtoyuma məntəqəsinə daxil olması üçün səkiləri dağıdırlar, ya da maşınlar dəfələrlə səkinin üzərindən keçdiyindən onlar dağılıb-sıradan çıxır. Avtoyuma məntəqəsinin qarşısında səki dağılıbsa, bunun hansı səbəbdən olmasını təxmin etmək çətin olmur. Bu zaman qanunvericiliyə uyğun olaraq onlar dəymiş ziyanı aradan qaldırır”.

Susanlar!!!

Amma Bakı Şəhər İcra Hakimiyyətinin məsələdən nə qədər xəbərdar olmasını təəssüf ki, öyrənə bilmədik. Qurumun mətbuat xidməti telefonlara cavab versəydi, yazıda onların da fikirləriniz oxuya bilərdiniz.

Asfalta axan adi, təmiz su deyil. O kimyəvi maddələrlə zəngindir. Bu maddələr adi kimyəvi maddələrdən daha kəskin təsirə malik olur. Avtoyuma məntəqələrində istifadə olunan kimyəvi maddələrin ətraf mühitə təsiri ilə bağlı Gigiyena və Epidemologiya Mərkəzi ilə əlaqə saxladıq. Şöbə müdiri Ziyəddin Kazımov Publika.az-a bildirdi ki, 2015-ci ilin dekabr ayından yoxlamalar dayandırılıb. Həmin obyektlər özəl müəssisə olduğundan onlarda yoxlamalar aparılmır.

Z.Kazımov 2015-ci ilin dekabrın əvvəl aparılan yoxlamalar zamanı aşkarlanan faktlar barədə isə məlumat vermədi.

Yandırıcı maddə

Z.Kazımov məlumat vermək istəməsə də, “Müfəttiş” araşdırdı. Əvvəlcə bunu elə avtoyuma məntəqələrinin işçilərindən soruşdu. Məlum oldu ki, onlar bu maddalərin marka adından başqa heç nə bilmir. Bunlar bizə mane ola bilməz. Yerli mediada da bu barədə bir məlumat tapa bilmədik. Avtoyuma məntəqələrində gördüyümüz ağ köpükdən yola çıxdıq. Öyrəndik ki, avtoyuma məntəqələrində istifadə olunan maddə “kostik" adlanır. Ağ köpük formasında olan bu maddənin tərkibi natrium hidroksiddir. Suda asanlıqla həll olan bu maddə sabuna bənzəyir və əslində elə sabunların da tərkibində olur. Natrium hidroksiddir su ilə reaksiyaya girəndən 5 dəqiqə sonra temperaturu 50 dərəcəyə yüksəlir və 15 dəqiqə bu dərəcədə qalır. Bu maddənin su, istilik, bir çox metallar, yandırıcı və plastik maddələr, alüminium, peroksitlə reaksiyaya girməsi məsləhətli deyil. Düzdür, su ilə təmas onun təsirini azalda bilir. Lakin maddənin göz və dəri ilə təması çox təhlükəli hesab edilir. Güclü yanıqlara səbəb ola bilər. Sabunun tərkibində istifadə edilsə də, onun normadan çox olmamasına diqqət olunur. Çünki normanın aşılması insan səhhəti üçün təhlükəlidir.

Bəs cəza?

Bu təhlükəli maddəni bütün günü Bakı küçələrinə axıdanlar da cəzasız qalmamalıdır. Elə qanun da bunu deyir. İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsində qeyd olunur ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Siz hələ də, avtoyuma məntəqələrindən uzaqlaşmamısınız?

Gülxar Şərif

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

PSJ bu titulunu qorudu - VİDEO

28 May 2017 09:18

Mosulda qadınların niqab geyinməsinə qadağa qoyuldu

28 May 2017 09:17

Qubada çayxana yandı

28 May 2017 09:13

Bakıda 4 dəmir köşkü yandı

28 May 2017 09:12

Mərakeşdə 20 nəfər saxlanılıb - Milli təhlükəsizlik səbəbindən

28 May 2017 09:12

Ankarada Qarabağ Parkı açıldı - FOTOLAR

28 May 2017 09:08

Belqradda güclü partlayış: ölən və yaralananlar var

28 May 2017 09:05

“Borussiya Dortmund” Almaniya Kubokunun qalibi olub

28 May 2017 09:02

Qubada çayxanada yanğın olub

28 May 2017 08:50

"Müstəqillik mübarizəmiz bitməyib, davam edir"

28 May 2017 08:47

Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar paketi hazırlayır

28 May 2017 08:42

Polşa çempionatında MÖCÜZƏ-QOL - Hakim hara baxırdı? - VİDEO

28 May 2017 08:03

Xamenei: “Səudiyyə Ərəbistanının başında “ləyaqətsiz insanlar” durur”

28 May 2017 07:57

ABŞ-da təyyarə qəzası: ölənlər var Подробнее на ТАСС: http://tass.ru/proisshestviya/4288572

28 May 2017 07:43

Ramazanda bədəninizi susuz qoymayın!

28 May 2017 07:38

Belqradda partlayış baş verib

28 May 2017 07:32

Yeni kolleksiya - FOTO

28 May 2017 07:32

Tramp SÖZ VERDİ

28 May 2017 07:03

Türkiyədə güclü zəlzələ baş verib

28 May 2017 06:37

Qocalığa meydan oxuyan Monika - FOTO

28 May 2017 06:32

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

28 May 2017 06:27

"Barselona" baş məşqçini əlidolu yola saldı - VİDEO

28 May 2017 06:13

Mərakeşdə 20 nəfər saxlanılıb - milli təhlükəsizlik səbəbindən

28 May 2017 06:01

Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub

28 May 2017 05:37

Ecazkar Karen və kürən tülkülər - FOTO

28 May 2017 05:32

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42