Bu il büdcəyə daxil olan vəsaitin miqdarı açıqlandı

Bu il büdcəyə daxil olan vəsaitin miqdarı açıqlandı
18:54 5 Oktyabr 2016
108 Digər
Ölkə mətbuatı
A- A+

 

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 926 milyon 185,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,2 faiz əməl edilib. Lent.az Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Neft Şirkəti büdcə qarşısındakı vergi öhdəliklərinə 100,6 faiz əməl etsə də, Hasilatın Pay Bölgüsü üzrə (PSA mənfəət) proqnoz tapşırığı kəsrlə, yəni 82,0 faiz icra olunub.

 

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 843 milyon 651,9 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,7 faiz əməl edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 365 milyon 967,9 min manat və ya 10,5 faiz çoxdur.

 

Hesabat dövründə respublika üzrə 89 101 vergi ödəyicisi qeydiyyata alınıb. 1 oktyabr 2016-cı il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 739 297 olub ki, bu da 2015-ci ilin 1 oktyabr tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,2 faiz çoxdur. 

 

2016-cı ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 89,7 faiz təşkil edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR