İqtisad Universitetinin tələbəsi bıçaqlandı

İqtisad Universitetinin tələbəsi bıçaqlandı
18:57 5 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda universitet tələbəsi bıçaqlanıb.

Milli.Az-ın report-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Məlumata görə, Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi 25-də yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2 saylı yataqxanasında yaşayan Sənan Quliyev döş nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. S.Quliyevi kimin bıçaqladığı hələlik məlum deyil. Faktla bağlı araşdırma davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/476480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR