Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən iş adamı azadlığa çıxır

Dələduzluqda təqsirləndirilən iş adamı azadlığa çıxır

Date: 5 October 2016 19:04

Bu gün dələduzluqda təqsirləndirilən iş adamı Vüsal Abazərlinin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə keçirilib.

Lent.az-a bu barədə vəkil Elvin Səlimov məlumat verib. O, bildirib ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması ilə bağlı Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqinin vəsatəti və prokurorluğunun təqdimatına baxılıb. Prosesdə qərar elan edilib. Qərara əsasən polis və prokurorluğun təqdimatı təmin edilməyib.

Vəkil onu da qeyd edib ki, hüququnu müdafiə etdiyi şəxsin həbs müddəti sabah yəni oktyabrın 6-da başa çatır. O, sabah saxlandığı Bakı İstintaq Təcridxanasından azadlığa çıxacaq.

Qeyd edək ki, Vüsal Abazərli ticarətlə məşğul olan iş adamıdır. Ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Verilən ittihamda onun şəhər sakininə qarşı 319 min manat və 43 min dollar dələduzluq etdiyi bildirilib. 

 


Tags:  Dələduzluqda təqsirləndirilən adamı azadlığa çıxır


RƏYLƏR


Top news