Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Liseydə "GMO-ya yox" dedilər - FOTO

Liseydə "GMO-ya yox" dedilər - FOTO

Date: 5 October 2016 19:12

"Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili" layihəsi çərçivəsində Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə "GMO-ya yox deyək!" tədbiri keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə ilk olaraq çıxış edən Texniki-Humanitar Liseyinin direktoru Səidə Zeynalova təmsil etdiyi təhsil müəssisənin tarixindən bəhs edərək, onun yenicə təmir olunduğunu və təhsil üçün gözəl şərait yaradıldığını vurğuladı. S.Zeynalova rəhbərlik etdiyi müəssisənin məzunlarının göstərdikləri yüksək göstəricilərdən danışdı. 

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü təşkilatın gördüyü işləri qeyd etdi. O, GMO-nun zərərlərindən və onun milli təhlükəsizliyimizə təhdid olmasından söz açdı. M.Göyüşlü ictimaiyyəti, xüsusən də ziyalıları bu problemə qarşı aktiv mübarizəyə səslədi. Layihə çərçivəsində buklet, kitab nəşr olunduğunu deyən çıxışçı gələcəkdə bu işlərin daha da genişləndirilməli olduğunu qeyd etdi. O, GMO-nun qanunla qadağan olunduğunu, prezident İlham Əliyevin bununla bağlı sərəncam imzaladığını da vurğuladı.     

Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov cəmiyyətimiz üçün mövcud olan təhlükələrdən danışdı. O, bu sırada GMO-nun ilk sırada dayandığını, gələcəkdə çox böyük bəlalar törədəciyini qeyd etdi. R.Mahmudov ciddi fəsadlar törədən yod çatışmazlığından ətraflı bəhs edərək hər kəsi diqqəti buna yönəltməyə çağırdı. Onun sözlərinə görə hər kəs bu istiqamətdə birləşməli və çox ciddi çalışmalar ortaya qoymalıdır. 

Təhsil Nazirliyinin əməkdaşı Afət Süleymanova hazırda icra etdikləri "Sağlam təhsil, sağlam millət" layihəsi haqqında ətraflı bəhs etdi. O, bu layihənin Bakı və Sumqayıt şəhərlərindəki 35 məktəbi əhatə etdiyini açıqladı. A.Süleymanova gələcəkdə hər iki layihəni icra edənlərin birgə fəaliyyət göstərməsini də təklif etdi. 

Azərbaycan Tibb Universitetinin dosenti Şəhla Balayeva şagirdlərin düzgün qidalanma problemlərindən söz açdı. O, yanlış qidalanmanın immuniteti, zehni inkişafı zəiflətdiyini qeyd etdi. Ş.Balayeva fastfood və s. kimi zərərli qidalardan söz açaraq onlardan istifadənin qəti şəkildə əleyhinə çıxış etdi.     

"Cümhuriyyət" qəzetinin redaktoru Elman Cəfərli medianın bu istiqamətdə görməli olduğu işlərdən söz açdı. O, bununla bağlı əhalinin maarifləndirilməsinin vacib olduğunu, medianı bu istiqamətdə aktiv fəaliyyət göstərməli olduğunu dedi. 

Təhsil Nazirliyinin "Sağlam təhsil, sağlam millət" layihəsinin koordinatoru Nigar Şahhüseyinbəyova şagirdlərin özlərinin əmək dərslərində məktəbin həyətində sağlam qida yetişdirə biləcəklərini vurğuladı. O, bu praktikanın nəzəriyyədən güclü təsir edə biləcəyini açıqladı. 

Gənc araşdırmaçı Nuran Gündüzoğlu slaydlı təqdimatla GMO-nun zərərləri, 3D printeri ilə istehsal olunan qidaların yarada biləcəyi problemlərdən ətraflı bəhs etdi. 
    Tədbir Liseyin şagirdlərinin musiqi və rəqs nömrələri ilə başa çatdı. 

Milli.Az







Tags:  Liseydə GMO-ya yox dedilər FOTO

RƏYLƏR


Top news