Azərbaycanlı gənc Rusiyadakı qadını ilə yaşayan kişini öldürdü

Azərbaycanlı gənc Rusiyadakı qadını ilə yaşayan kişini öldürdü
19:42 5 Oktyabr 2016
134 Ölkə
Ölkə mətbuatı
A- A+

25 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın Tambov vilayətində qətl törədib.

Milli.Az-ın məlumatına görə, virtualaz.org Rusiya İstintaq Komitəsinin Tambov Vilayət İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2009-cu ildə adı çəkilməyən azərbaycanlı gənc Rusiyada bir qızla görüşməyə başlayıb və 2011-ci ildə onların oğlu dünyaya gəlib.

2012-ci ilin sonlarında gənc Azərbaycana qayıtmaq məcburiyyətində qalıb və bir neçə il Rusiyaya geri dönməyib. 2016-cı ildə Tambov vilayətinin Miçurinsk şəhərinə qayıdan həmyerlimiz oğlunun anasının başqa bir kişi ilə yaşamasının şahidi olub.

Bu ilin may ayının 17-də o, qadının qeyri-rəsmi nikahda olduğu kişini şəhərin kənarında görüşə dəvət edib. Görüş vaxtı kişilər arasında dava düşüb və azərbaycanlı gənc 26 yaşlı rəqibinə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Miçurinskdən qaçmaq qərarı verən azərbaycanlı Maçaçqalaya gedən qatara bilet alıb. Lakin vağzalda polis tərəfindən yaxalanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/476485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR