Vüqar Rəhimzadə: "Bu cür "bəyanatlar" Azərbaycanı haqq yolundan döndərə bilməz"

Vüqar Rəhimzadə: "Bu cür "bəyanatlar" Azərbaycanı haqq yolundan döndərə bilməz"
19:47 5 Oktyabr 2016
14 Ölkə
Ölkə mətbuatı
A- A+

“Qoca qitə”də demokratik dəyərlər yox, ikili standartlar hökm sürür (13 Mart 2017 19:57)
""Qoca qitə"də demokratik dəyərlər yox, ikili standartlar hökm sürür" (13 Mart 2017 18:32)
Vüqar Rəhimzadə: Mehman Hüseynovun həbsini fəaliyyəti ilə əlaqələndirmək gülüncdür (06 Mart 2017 20:08)

Bu cür "bəyanatlar" Azərbaycanı haqq yolundan döndərə bilməz.

Bunu Milli.Az-a YAP Siyası Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq uzun illərdir ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində cidd-cəhdlə çalışır, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, eyni zamanda sülh yolu ilə həlli üzrə bütün təklifləri nəzərdən keçirir, danışıqlara hazır olduğunu bəyan edir. Lakin işğalçı Ermənistan isə hər dəfə bu danışıqlardan yayınmağa, status-kvonu saxlamağa çalışır:

"Sözügedən proses bu ilin aprelin əvvəlində cəbhə xəttində baş verən məlum hadisələrə qədər davam edirdi. Məhz aprel döyüşlərindən sonra Ermənistan, eyni zamanda, dünya ictimaiyyətinə agah oldu ki, Azərbaycan işğal altında olan torpaqlarını güc yolu ilə azad etməyə qadirdir və bu onun tam haqqıdır. Ancaq 4 günlük döyüşlər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri erməni qoşunlarının Azərbaycan Ordusu qarşısında acizliyini görərək, təcili şəkildə atəşkəsin vacibliyini önə çəkdilər və hərbi əməliyyatların dayandırılmasına nail oldular. Münaqişənin "dondurulmuş" olmadığını görən həmsədrlər problemin həllində xüsusi aktivlik göstərməyə başladılar. Belə ki, danışıqlar prosesi daha da sürətləndirildi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri təşkil edildi. Artıq hər kəsin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində ciddi irəliləyişin əldə olunacağını gözlədiyi bir vaxtda okeanın o tayından gələn bəyanatlar Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb oldu. Bu gün ölkəmizdə ABŞ-ın dövlət katibi Con Kerrinin "liderlər buna hazır deyillər" açıqlaması ikili standartların bariz nümunəsi kimi qiymətləndirilir".

V.Rəhimzadə qeyd edib ki, C.Kerrinin belə bir bəyanatla çıxış etməsi Minsk qrupunun münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasına tam ziddir:

"Bu gün ABŞ dünyanın ən güclü dövlətlərindən biridir. BMT Təhlükəsizlik Şurasının üzvü olan Amerikanın NATO və ATƏT-ə də böyük təsir imkanları var. Təəssüf ki, ABŞ güclü dövlət olaraq ədaləti bərpa etmək əvəzinə, öz xarici siyasətində ikili standartlar prinsiplərinə hələ də "sadiq qalır". ABŞ həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və onun əsas missiyası qərəzsiz və obyektiv şəkildə Dağlıq Qarabağ münaqişənin həllinə yardımçı olmaqdır. Ancaq görünən odur ki, Con Kerri "liderlər buna hazır deyillər" açıqlaması ilə ABŞ-ın 25 ilə yaxındır həlli uzanan münaqişənin nizamlanmasında o qədər də maraqlı olmadığını ortaya qoyur. Bəs, hər zaman insan hüquq və azadlıqlarından danışan ABŞ rəsmisini 25 ildir hüquqları pozulan 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi narahat etmirmi? Və ya BMT Təhlükəsizlik Şurasının əsas üzvlərindən biri ABŞ nə üçün elə bu qurumun Dağlıq Qarabağ münaqişə ilə bağlı qəbul etdiyi 4 qətmanənin şərtlərinin indiyə kimi yerinə yetirilməməsinə etiraz etmir? Bəlkə bu, ABŞ-ın maraqlarına uyğun gəlmir? Bəs, hanı o məşhur demokratiya, beynəlxalq hüquq? Görəsən bu anlayışlar nə zamana kimi yalnız bəzi dövlətlərə təzyiq vasitəsi kimi istifadə ediləcək? Təbii ki, bu və digər suallar ölkə ictimaiyyətini narahat edir".

V.Rəhimzadə bildirib ki, C.Kerrinin erməni sevgisi, xüsusilə də bunu təsdiq edən tarixi faktlar onun bəyanatındakı gizli məqamlara aydınlıq gətirir:

"Xatırladım ki, Kerrinin də daxil olduğu bir qrup senator 1990-cı il 20 yanvar hadisələri zamanı Qorbaçova müraciət edərək "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini" qeyd edib. Bununla yanaşı, Kerrinin 2013-cü ildə Edvard Nalbandyanla görüşündə səsləndirdiyi "Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik." fikirlər məsələnin əsl mahiyyətini ortaya qoyur. ABŞ dövlət katibinin ermənilərə simpatiyasını açıq şəkildə büruzə verən bu cür onlarla fakt sadalamaq olar. Ancaq cənab Kerri tutduğu vəzifənin məsuliyyətini, daşıdığı missiyanın əhəmiyyətini başa düşməlidir. Cənab Kerriyə xatırlatmaq lazımdır ki, onun işi işğalçıya güzəşt etmək, işğal faktına göz yummaq deyil, haqq-ədaləti bərpa etməkdir. Beynəlxalq aləmdə dövlətlər arasındakı bu cür qərəzli yanaşmalar qəbuledilməzdir. Əgər ABŞ digər dövlətlərdən insan haqlarına hörmət, demokratiya, ədalət tələb edirsə, özü ilk növbədə bu prinsiplərə əməl etməlidir".

"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, bütün təzyiqlərə, ikili standartlara baxmayaraq, Azərbaycan sona kimi haqlı mövqeyini müdafiə edəcək, torpaqlarının işğaldan azad edilməsinə nail olacaq: "Bütün dünya bilir ki, Azərbaycan işğala məruz qalıb. Təbii ki, status-kvo qəbuledilməzdir. Şübhəsiz ki, gec-tez ədalət öz yerini tapacaq. Ancaq yaxşı olar ki, aidiyyəti beynəlxalq qurumlar və bəzi rəsmi şəxslər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərəzli, ikili yanaşmaları kənara qoyub problemin nizamlanması istiqamətində səylərini artırsınlar. Çünki bu cür "bəyanatlar" Azərbaycanı haqq yolundan döndərə bilməz".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Göz rənglərinə görə insan tipləri

24 Aprel 2017 03:56

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 03:38

Vittoriya kamera qarşısında - FOTO

24 Aprel 2017 03:32

İngiltərə Premyer Liqasının ən yaxşısı bəlli oldu

24 Aprel 2017 02:54

Messi 500-ə çatdı

24 Aprel 2017 02:43

Dovşan ətini yemək olarmı?

24 Aprel 2017 02:38

Rianna yeni reklamda - FOTO

24 Aprel 2017 02:32

Nyu-Yorkda yaşayış binasında yanğın: 5 ölü

24 Aprel 2017 02:24

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42