Nəhənglərin Turin savaşı, Türkiyənin çətin sınağı

Nəhənglərin Turin savaşı, Türkiyənin çətin sınağı
19:57 5 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Sabah DÇ-2018-in seçmə mərhələsinin UEFA zonasında növbəti oyunlara start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 6 gün ərzində 9 seçmə qrupun hərəsində iki turun görüşləri baş tutacaq.

Azarkeşlər mundialın ev sahibi Rusiya istisna olmaqla, bütün Avropa yığmalarının çıxış etdiyi seçmə mərhələdə ümumilikdə 54 qarşılaşmaya şahid olacaq.
 
İlk oyun günündə D, G və İ qruplarında matçlar oynanılacaq. Həftənin ən maraqlı qarşılaşması İtaliyada keçiriləcək. G qrupunda mübarizə aparan 2012-ci ilin qitə çempionatının finalçıları İtaliya və İspaniya yenidən üz-üzə gələcək. Planetin nəhəngləri sırasında yer alan rəqiblərin Turindəki duelini bütün dünya böyük maraqla gözləyir.
 
Azərbaycan azarkeşləri üçün isə ilk oyun gününün daha bir görüşü diqqət çəkəcək. Belə ki, qonşu Türkiyə yığması Ukrayna ilə çətin ev matçına çıxacaq. "Ay-ulduzlular" heç də asan olmayacaq İslandiya səfəri öncəsi iddialı rəqibinə qalib gəlməyə çalışacaq. Qonşu ölkə təmsilçisi düşdüyü qrupda vəziyyətini çətinə salmamaq üçün bu iki oyunda ən azı 3 xal qazanmalıdı.
 
A, B və H qruplarının iştirakı ilə keçiriləcək 2-ci oyun günü qeyri-adi marağa səbəb olan matç vəd etmir. Lakin bu qrupların III turu Hollandiya - Fransa matçı ilə əlamətdar olacaq. Son qitə çempionatından kənarda qalan "narıncılar" həmin yarışın finalçısından zəif olmadığını göstərməyə iddialıdı.
 
Turun son oyun günündə Azərbaycan yığmasının yer aldığı C, həmçinin E və G qruplarında görüşlər keçiriləcək. Millimizin Norveçi qəbul etdiyi gün Almaniya və Çexiya arasında maraqlı duellə diqqət çəkəcək. Düzdü, qrupun aşkar favoriti olan Bundestimin 1-ci pilləni kiməsə güzəştə gedəcəyi inandırıcı deyil. Lakin çexiyalılar adlı-sanlı rəqibindən xal almağa cəhd edəcək. Bu baş versə, yığmamız 2-ci qələbəsini qazanıb, liderliyə də yüksələ bilər. Təbii ki, bunun üçün skandinaviyalılar üzərində qələbə vacibdi. Komandamızın III turdakı rəqibi Çexiya olacaq ki, həmin gün almaniyalılar ikinciliyə daha bir iddialı Şimali İrlandiyanı sınağa çəkəcək.
 
Millimizlə eyni gündə oynayacaq qruplardakı matçlara gəlincə, E qrupunda mübarizəyə qələbə ilə başlayanların dueli qeyd olunmalıdı. Artıq II tur Polşa ilə Danimarkanı üz-üzə qoyacaq.
 
DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası
 
D qrupu
II tur, 6 oktyabr
22:45. İrlandiya - Gürcüstan
22:45. Moldova - Serbiya
22:45. Avstriya - Uels

G qrupu

II tur, 6 oktyabr

22:45. İtaliya - İspaniya

22:45. Lixtenşteyn - Albaniya

22:45. Makedoniya - İsrail

I qrupu

II tur, 6 oktyabr

22:45. Türkiyə - Ukrayna

22:45. İslandiya - Finlandiya

22:45. Kosovo - Xorvatiya

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR