Vüqar Rəhimzadə: Bu cür “bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz

Vüqar Rəhimzadə: Bu cür “bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz
19:58 5 Oktyabr 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi: "Ermənilərin əks təbliğatı bizi məqsədimizdən döndərə bilməz" (04 May 2017 11:32)
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə edildi (21 Aprel 2017 15:12)
“Qoca qitə”də demokratik dəyərlər yox, ikili standartlar hökm sürür (13 Mart 2017 19:57)

Artıq uzun illərdir ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində cidd-cəhdlə çalışır, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, eyni zamanda sülh yolu ilə həlli üzrə bütün təklifləri nəzərdən keçirir, danışıqlara hazır olduğunu bəyan edir. Lakin işğalçı Ermənistan isə hər dəfə bu danışıqlardan yayınmağa, status-kvonu saxlamağa çalışır. Sözügedən proses bu ilin aprelin əvvəlində cəbhə xəttində baş verən məlum hadisələrə qədər davam edirdi. Məhz aprel döyüşlərindən sonra Ermənistan, eyni zamanda, dünya ictimaiyyətinə agah oldu ki, Azərbaycan işğal altında olan torpaqlarını güc yolu ilə azad etməyə qadirdir və bu onun tam haqqıdır. Ancaq 4 günlük döyüşlər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri erməni qoşunlarının Azərbaycan Ordusu qarşısında acizliyini görərək, təcili şəkildə atəşkəsin vacibliyini önə çəkdilər və hərbi əməliyyatların dayandırılmasına nail oldular. Münaqişənin “dondurulmuş” olmadığını görən həmsədrlər problemin həllində xüsusi aktivlik göstərməyə başladılar. Belə ki, danışıqlar prosesi daha da sürətləndirildi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri təşkil edildi.

Artıq hər kəsin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində ciddi irəliləyişin əldə olunacağını gözlədiyi bir vaxtda okeanın o tayından gələn bəyanatlar Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb oldu. Bu gün ölkəmizdə ABŞ-ın dövlət katibi Con Kerrinin “liderlər buna hazır deyillər” açıqlaması ikili standartların bariz nümunəsi kimi qiymətləndirilir.

Məsələyə münasibət bildirən YAP Siyası Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, Con Kerrinin belə bir bəyanatla çıxış etməsi Minsk qrupunun münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasına tam ziddir: “Bu gün ABŞ dünyanın ən güclü dövlətlərindən biridir. BMT Təhlükəsizlik Şurasının üzvü olan Amerikanın NATO və ATƏT-ə də böyük təsir imkanları var. Təəssüf ki, ABŞ güclü dövlət olaraq ədaləti bərpa etmək əvəzinə, öz xarici siyasətində ikili standartlar prinsiplərinə hələ də “sadiq qalır”. ABŞ həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və onun əsas missiyası qərəzsiz və obyektiv şəkildə Dağlıq Qarabağ münaqişənin həllinə yardımçı olmaqdır. Ancaq görünən odur ki, Con Kerri “liderlər buna hazır deyillər” açıqlaması ilə ABŞ-ın 25 ilə yaxındır həlli uzanan münaqişənin nizamlanmasında o qədər də maraqlı olmadığını ortaya qoyur. Bəs, hər zaman insan hüquq və azadlıqlarından danışan ABŞ rəsmisini 25 ildir hüquqları pozulan 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi narahat etmirmi? Və ya BMT Təhlükəsizlik Şurasının əsas üzvlərindən biri ABŞ nə üçün elə bu qurumun Dağlıq Qarabağ münaqişə ilə bağlı qəbul etdiyi 4 qətmanənin şərtlərinin indiyə kimi yerinə yetirilməməsinə etiraz etmir? Bəlkə bu, ABŞ-ın maraqlarına uyğun gəlmir? Bəs, hanı o məşhur demokratiya, beynəlxalq hüquq? Görəsən bu anlayışlar nə zamana kimi yalnız bəzi dövlətlərə təzyiq vasitəsi kimi istifadə ediləcək? Təbii ki, bu və digər suallar ölkə ictimaiyyətini narahat edir.”

Vüqar Rəhimzadə bildirdi ki, Con Kerrinin erməni sevgisi, xüsusilə də bunu təsdiq edən tarixi faktlar onun bəyanatındakı gizli məqamlara aydınlıq gətirir: “Xatırladım ki, Kerrinin də daxil olduğu bir qrup senator 1990-cı il 20 yanvar hadisələri zamanı Qorbaçova müraciət edərək “160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini” qeyd edib. Bununla yanaşı, Kerrinin 2013-cü ildə Edvard Nalbandyanla görüşündə səsləndirdiyi “Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik.” fikirlər məsələnin əsl mahiyyətini ortaya qoyur. ABŞ dövlət katibinin ermənilərə simpatiyasını açıq şəkildə büruzə verən bu cür onlarla fakt sadalamaq olar. Ancaq cənab Kerri tutduğu vəzifənin məsuliyyətini, daşıdığı missiyanın əhəmiyyətini başa düşməlidir. Cənab Kerriyə xatırlatmaq lazımdır ki, onun işi işğalçıya güzəşt etmək, işğal faktına göz yummaq deyil, haqq-ədaləti bərpa etməkdir. Beynəlxalq aləmdə dövlətlər arasındakı bu cür qərəzli yanaşmalar qəbuledilməzdir. Əgər ABŞ digər dövlətlərdən insan haqlarına hörmət, demokratiya, ədalət tələb edirsə, özü ilk növbədə bu prinsiplərə əməl etməlidir.”

“İki sahil” qəzetinin baş redaktoru onu da əlavə etdi ki, bütün təzyiqlərə, ikili standartlara baxmayaraq, Azərbaycan sona kimi haqlı mövqeyini müdafiə edəcək, torpaqlarının işğaldan azad edilməsinə nail olacaq: “Bütün dünya bilir ki, Azərbaycan işğala məruz qalıb. Təbii ki, status-kvo qəbuledilməzdir. Şübhəsiz ki, gec-tez ədalət öz yerini tapacaq. Ancaq yaxşı olar ki, aidiyyəti beynəlxalq qurumlar və bəzi rəsmi şəxslər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərəzli, ikili yanaşmaları kənara qoyub problemin nizamlanması istiqamətində səylərini artırsınlar. Çünki bu cür “bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz.”

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünyanın ən titullu futbolçusu məlum oldu

28 May 2017 21:07

Mingəçevirdə anasını öldürüb qaçan bu gəncdir? - FOTO

28 May 2017 21:05

Elə bilirdiniz nağıla düşübsünüz? - FOTO

28 May 2017 21:05

Limon qabığı yağının faydaları

28 May 2017 20:57

Rusiya mətbuatı Kamran Ağayevdən nə yazdı?

28 May 2017 20:57

Cəhənnəm gözətçilərinin sayı niyə bu rəqəmdir?

28 May 2017 20:52

Bundestaqın deputatı: Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını Madrid prinsipləri təşkil etməlidir

28 May 2017 20:50

Ramazanın 3-cü gününün duası

28 May 2017 20:49

Zərih nədir?

28 May 2017 20:47

Moskva "Lokomotiv"i Azərbaycan klubuyla oynayacaq - RƏSMİ

28 May 2017 20:47

Uşağa yemək yedirərkən diqqətli olun

28 May 2017 20:42

Mançesterdəki terror aktı ilə əlaqəli

28 May 2017 20:39

Göygöldə "Volkswagen" yandı

28 May 2017 20:38

Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı

28 May 2017 20:36

Ən parlaq natürmortlar - FOTO

28 May 2017 20:32

Monako Qran-prisinin qalibi məlum oldu

28 May 2017 20:28

NATO PA-da Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni vandalizmindən danışılıb - FOTO

28 May 2017 20:27

Məşhur şounun ən zövqsüz qonaqları - FOTO

28 May 2017 20:27

Mingəçevirdə anasının qətlində şübhəli bilinən şəxs axtarışa verilib

28 May 2017 20:22

Qəza orucu tutan adam orucu poza bilərmi?

28 May 2017 20:22

Rusiya öz “Skype”nı yaradır

28 May 2017 20:17

Lənkəranda velosipedçini maşın vuraraq öldürüb

28 May 2017 20:16

Dünyanın ən titullu futbolçusu bəlli oldu

28 May 2017 20:14

Millimizin gücü İslandiyaya çatdı - YENİLƏNİB

28 May 2017 20:13

Əhəmiyyətsiz qələbənin qəhrəmanları

28 May 2017 20:12

Maksvelin inanılmaz kubok kolleksiyası: 35 yaşda 37 titul

28 May 2017 20:12

“Beşiktaş” çempion ola biləcəkmi? - YENİLƏNİR

28 May 2017 20:12

Kimlər oruc tutmur?

28 May 2017 20:12

“Roma” “Cenoa”ya, “Napoli” “Sampdoriya”ya qarşı - YENİLƏNİR

28 May 2017 20:12

İnstagram-da yeni dəb: "baldırdakı qaşlar" - FOTO

28 May 2017 20:05

Tanınmışlardan kimlər oruc tutur?

28 May 2017 20:05

"Vücudumu çox sevirəm, özümü bəyənirəm" - FOTO

28 May 2017 20:05

Məlahət İbrahimqızı: “Ermənilərin Azərbaycan torpaqlarında basdırdıqları radioaktiv tullantılar Avropa üçün də ciddi təhlükə mənbəyidir”

28 May 2017 20:02

Ermənistanda maaş əvəzinə

28 May 2017 19:58

"Trampın prezidentliyi tam bir iflasdır"

28 May 2017 19:57

Zbignev Brzezinski kim idi?

28 May 2017 19:57

Ac fil zibilxanaya getdi - VİDEO - FOTO

28 May 2017 19:57

Sellüliti kremsiz də “görünməz” etmək olar

28 May 2017 19:57

Ramazan ayı niyə belə adlandırılıb?

28 May 2017 19:57

Xoşbəxtlikdən hönkür-hönkür ağladı - FOTO

28 May 2017 19:52

Varlı ölkələrdə təqaüd yaşı ən azı 70 olacaq

28 May 2017 19:52

Torpaqda ayaqyalın yeriməyin faydaları

28 May 2017 19:52

Bakıda kafedə insident: ofisiant qadını döydülər

28 May 2017 19:49

Məşhur aktyor Boeing-ini hədiyyə etdi

28 May 2017 19:47

Qadınlar 30, 40, 50, 60 yaşından sonra necə qidalanmalıdırlar?

28 May 2017 19:47

blac“Hababam Sınıfı"nın aktyoru 39 il sonra - FOTO

28 May 2017 19:47

Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar

28 May 2017 19:47

Göygöldə "Volkswagen" yanıb

28 May 2017 19:41

Boşadığı arvadının evinə getdi, 8 nəfəri güllələdi - FOTO

28 May 2017 19:32

Arıqlayaraq dəyişən insanların FOTOları

28 May 2017 19:32