SSRİ-dən qalan “xərçəng şişi”, apreldən sonra növbəti QƏLƏBƏ...– GÜNÜN SİYASİ XÜLASƏSİ

SSRİ-dən qalan “xərçəng şişi”, apreldən sonra növbəti QƏLƏBƏ...– GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 5 Oktyabr 2016
219 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ və Rusiya arasında Suriya məsələsi üzrə yaranan gərginlik getdikcə artır. Vaşinqton Moskvanın müttəfiqi olan Bəşər Əsədin ordusuna birbaşa aviazərbələrin endirilməsi variantına baxır. Ankara-Bağdad xəttində yaranan gərginlik bölgədə vəziyyəti daha da gərginləşdirə bilər. Gürcüstanda parlament seçkilərinə üç gün qalmış "Milli Hərəkat Partiyası”nın liderlərindən olan millət vəkili Givi Tarqamadzenin avtomobili partladıldı. Ermənistanda sosial şəbəkədə istifadəçiləri isə Azərbaycan Ordusunun 2 postu işğaldan azad etdiyini bildirib.

Azərbaycan Ordusu 2 postu işğaldan azad etdi – ERMƏNİ MƏNBƏLƏR (FOTOFAKT)

Ermənistanın işğal altında saxladıqları Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələri sentyabrın 26-da gecə saatlarında gözlənilmədən döyüş hazırlığı vəziyyətinə gətirilib.

Erməni mətbuatında cari ilin 26-29 sentyabr tarixlərində Dağlıq Qarabağ ərazisində dislokasiya olunmuş hərbi hissələrin birində polkovnik Cəlal Harutyunyanın rəhbərliyi ilə guya müdafiə döyüşünün idarə edilməsi təliminin keçirilməsi barədə xəbər yayılıb.

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin məlumatına görə isə bu, hərbi təlimlər olmayıb. Belə ki, sosial şəbəkədə erməni istifadəçiləri yazdıqları şərhlərdə bildiriblər ki, əslində bu təlim deyil, Azərbaycan Ordusu ilə atışma olub.

Sosial şəbəkədə Ruben Armenoid adlı erməni istifadəçisi həmin gün erməni ordusunun 2 postu itirdiyini yazıb. Yazılan digər şərhlərdə gecə atışma səslərinin gəldiyi və uzun müddət davam etdiyi bildirilib.

Azərbaycan Ordusu 2 postu işğaldan azad etdi – ERMƏNİ MƏNBƏLƏR (FOTOFAKT)

Ermənistanın işğal altında saxladıqları Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələri sentyabr ayının 26-sı gecə saatlarında gözlənilmədən döyüş hazırlığı vəziyyətinə gətirilib.

Aprelin əvvəlindəki “dördgünlük müharibə”də uğursuzluğuna görə vəzifəsindən kənarlaşdırılan Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan isə müxalifətə keçəcək.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Bildirilir ki, o, prezident aparatı sədrinin müavini Viktor Dallakyan tərəfindən yaradılması planlaşdırılan “Şrdjadarts” (Dönüş) partiyasının sədri olacaq. Şayiələrə görə, yeni partiya Rusiya mənbələri tərəfindən maliyyələşdiriləcək.

Macarıstandan Ermənistana “soyqırım” zərbəsi

Macarıstan parlamentinin xarici əlaqələr komitəsi isə uydurma “erməni soyqırımı” ilə bağlı layihəni rədd edib. Hakimiyyətdə olan “Fidesz” Partiyası və ölkənin ikinci böyük partiyası olan “Jobbik”in deputatları parlamentdə 5 deputatla təmsil olunan Macar Yaşıllar Partiyası tərəfindən təqdim edilən layihənin əleyhinə səs veriblər.

Obamadan gizli əməliyyat: Əsəd necə məhv ediləcək? - VARİANTLAR

ABŞ hakimiyyəti Suriya münaqişəsinə hərbi müdaxilə və Bəşər Əsədin hərbi güclərinə zərbə variantlarına baxır.

Bu haqda “The Washington Post” qəzeti yazıb. Nəşrin məlumatına görə, keçən həftə Ağ Evdə Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Suriya rejiminin mövqelərinə aviazərbələrin vurulması məsələsi müzakirə edilib. Məsələnin müzakirəsi prezident Barak Obamanın rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasının iclasında davam edəcək. Görüş qarşıdakı istirahət günlərində keçirilə bilər.

Müzakirənin iştirakçılarından birinin sözlərinə görə, baxılan variantlar arasında Suriya Hərbi Hava Qüvvələrinin uçuş-enmə zolaqlarına qanadlı raketlər və uzaq hərəkət radiuslu başqa silahlarla aviazərbələrin endirilməsi var. Həmçinin Ağ Evin etirazlarını keçmək üçün əməliyyatın gizli və BMT Təhlükəsizlik Şurasının razılığı olmadan keçirilməsi təklif edilib.

Qəzetin başqa mənbəsinin sözlərinə görə, bu strukturlarda hesab edirlər ki, Hələbin rejimin əlinə keçməsi Suriyada Amerikanın anti-terror hədəflərinə zərbə vuracaq.

“Washington Post” vurğulayır ki, Obamanın aviazərbələri dəstəkləyəcəyi ağlasığmazdır.

Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd Mayk Pens Rusiyanın Suriyada vəziyyətin həlli üzrə mövqeyini kəskin tənqid edib.

O, Rusiya prezidenti Vladimir Putinin Suriyada raket əleyhinə sistemlər qurduğunu bildirib. “Amerika Suriyada təhlükəsiz zonalar yaratmalıdır ki, ailələr bu əraziləri tərk edə bilsinlər. Biz bu dəqiqədən başlayaraq, partnyorlarımızla işləməliyik”, - Pens Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Tim Keynlə müzakirələrdə deyib.

Vitse-prezidentliyə namizəd qeyd edib ki, əgər Rusiya Hələbdə mülki əhaliyə qarşı barbar hücumlarına davam edərsə, ABŞ Bəşər Əsədin hərbi hədəflərinə zərbələrin vurulması üçün hərbi güclərdən istifadəyə hazır olmalıdır. Biz həmçinin Çexiya və Polşada raket əleyhinə müdafiə qalxanını açmalıyıq. Barak Obama və Hillari Klinton 2009-cu ildə rusları incitməmək üçün ondan imtina etmişdi”.

Rusiya prezidenti Vladimir Putinə rəğbəti olduğu deyilən ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp da Moskvanın Suriya siyasətinə qarşı çıxıb. O, Arizonadakı çıxışı zamanı deyib ki, Rusiya Suriyadakı bombardmanları dərhal dayandırmalıdır.

Kreml sözçüsü Dmitri Peskov isə etiraf edib ki, ABŞ-ın iştirakı olmadan Suriyada terrorizmlə mübarizə mümkünsüzdür. “Moskva hesab edir ki, əməkdaşlıq (ABŞ ilə) olmadan terrorizmlə səmərəli mübarizə aparmaq və Suriyadakı problemləri həll etmək mümkün deyil”, – deyə Peskov vurğulayıb.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov hesab edir ki, ABŞ-la Suriya üzrə razılaşmanı savaş istəyənlər məhv edib. “Biz BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qərarının icrasına çalışacağıq. Rusiya və Amerika arasında Suriya ilə bağlı əldə olunan razılaşmanı müharibəni istəyən tərəflər məhv etdilər”.

Sülh çağırışlarına və məsuliyyəti Vaşiqntonun üzərinə atmasına baxmayaraq, Rusiya Suriyada hərbi gücünü artırır. Rusiyanın "Yaşıl Dol" və "Serpukhov" iki döyüş gəmisi bu gün günorta saatlarında İstanbul boğazından Aralıq dənizinə keçib.

ABŞ və Rusiya arasındakı gərginlik BMT Təhlükəsizlik Şurasında da özünü göstərib. ABŞ-ın BMT-dəki nümayəndəliyi Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulması ilə bağlı BMT Təhlükəsizlik Şurasında bəyanatla çıxış etməsinin qarşısını alıb.

Rusiya daimi nümayəndəliyindən bildirilib ki, bu məsələdə amerikalılara ingilislər və ukraynalılar dəstək verib. Rusiya tərəfi həmin ölkələrin diplomatik məsələlərlə bağlı Venesiya Konvensiyasını pozduqlarını bildirib.

Xatırladaq ki, oktyabrın 3-də silahlı şəxslər Rusiyanın Dəməşqdəki diplomatik nümayəndəliyinə minaatanlardan atəş açıblar.

“Bu, xərçəng şişidir” – Putinə SSRİ xəbərdarlığı

“Kreml Rusiya xalqını sakitləşdirmək və Qərb ölkələrini sanksiyaları ləğv etməyə məcbur etmək məqsədi ilə ABŞ-a ultimatum verdi”. Bu fikirlə Gürcüstanın İlya Dövlət Universitetinin professoru, jurnalist Oleq Panfilov Ukraynanın “Obozrevatel” kanalının birbaşa efirində çıxış edib.

“Hər şey Rusiya əhalisini sakitləşdirmək üçün daxili təbliğata yönəldilib. Sanksiyalar Rusiya iqtisadiyyatını iflasa çatdırdı. Ultimatumun verilməsi göstərir ki, Rusiya prezidenti Vladimir Putinin arqumentləri qalmayıb”, - o, deyib.

Oleq Panfilovun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət otuz il əvvəl Sovet İttifaqının ətrafında yaranan vəziyyəti xatırladır: “Sanksiyalar özünün dağıdıcı komponentlərinə görə Sovet İttifaqına qarşı tətbiq olunan məhdudiyyətləri xatırladır. 2014-cü ildə sanksiyalar qəbul olunanda Putin və onun ətrafı anlamalı idilər ki, bu, yalnız başlanğıcdır. Əgər Ukrayna və Suriyada döyüşi dayandırılmasa, Krım qaytarılmasa, sanksiyalar davam edəcək. Sanksiyaların dağıdıcı gücü 2-3 il sonra başlayır. Bu, xərçəng şişi kimidir. Rusiyanı Sovet İttifaqının taleyi gözləyir”.

“Bu, xərçəng şişidir” – Putinə SSRİ xəbərdarlığı

“Kreml Rusiya xalqını sakitləşdirmək və Qərb ölkələrini sanksiyaları ləğv etməyə məcbur etmək məqsədi ilə ABŞ-a ultimatum verdi”.

Ankara-Bağdad xəttində gərginlik

Ankara və Bağdad arasında gərginlikdə getdikcə artır. Buna səbəb isə İraqın şimalında türk əsgərlərinin mövcudluğudur.

İraq parlamenti dünən Türkiyə hərbçilərinin ölkədən çıxarılması ilə bağlı qərar qəbul edilib. Qərarda Türkiyə hərbçiləri “işğalçı güclər” adlandırılıb. İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl-Ələvi bu qərarla əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş isə jurnalistlərə açıqlamasında bildirib ki, İraqın bu şəkildə bölündüyü bir vaxtda Türkiyə əsgərlərinin Başikada olmasına qarşı çıxmağa kimsənin haqqı yoxdur. “Şimali İraq regional kürd rəhbərliyinin Başika məsələsində Türkiyədən yardım istədiyi lap əvvəldən məlumdur. Türkiyə Başikanın müzakirə mövzusu olmasına icazə verməyəcək”, - o, deyib.

İraqdakı beynəlxalq koalisiya güclərinin sözçüsü Jon Dorrian isə Bağdadı haqlı hesab edib.

Onun sözlərinə görə, İraq torpaqlarında olan türk əsgərləri beynəlxalq koalisiya güclərinin tərkibində deyil. “Türkiyə ordusu İraq torpaqlarına İraq hökumətinin rəsmi icazəsi ilə gəlməyib və qeyri-qanunidir. Bəzi ölkələr İraq hökumətinin rəsmi icasəzi ilə beynəlxalq koalisiya gücündə yer alıb. Bu güclər İŞİD-lə mübarizədə İraq ordusuna havadan və qurudan dəstək verirlər”, - amerikalı rəsmi bildirib.

Saakaşvilidən ŞOK İDDİA: “Boris Nemtsov dedi ki, İvanişvili...”

Gürcüstanda parlament seçkilərinə üç gün qalıb. Keçmiş prezident Mixail Saakaşvilinin silahdaşı, "Milli Hərəkat Partiyası”nın liderlərindən olan millət vəkili Givi Tarqamadzenin avtomobilinin partladılması hakimiyyət barəsində mənfi rəy yaratdı.

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili hesab edir ki, Gürcüstanda vəziyyətin gərginləşməsi Bidzina İvanişvilinin maraqlarına cavab verir.

Saakaşvili sosial şəbəkədəki səhifəsində yazdığı statusunda 2015-ci ilin fevralında Moskvada vurulan Rusiya müxalifətçisi Boris Nemtsovun ona etdiyi xəbərdarlığı xatırladıb.

“Boris Nemtsov İvanişvilinin həyatı haqqında yaxşı bilirdi. O, Kiyevdə məni xəbərdar edirdi ki, İvanişvili və ətrafındakı güclər müvəffəqiyyət qazanmaq üçün istənilən zorakılığa qadirdirlər. İvanişvili pul qazandığı 1990-cı illərin Rusiyasını çox pis bilir. Hakimiyyəti itirmək İvanişvili (“Gürcü arzusu” koalisiyasının qeyri-formal lideri hesab olunur –red.) üçün hər şeyə bərabərdir və o, hakimiyyəti üçün sona qədər mübarizə aparacaq. Buna görə də qeyri-sabitlik onun maraqlarına daxildir. Yaxın günlərdə biz sakitliyə riayət etməli və oliqarxın caynaqlarından azad olma planını yerinə yetirməliyik”, - Saakaşvili yazıb.

Givi Tarqamadzenin avtomobili dünən axşam yerli vaxtla 21:45-də partladılıb.

Saakaşvilidən ŞOK İDDİA: “Boris Nemtsov dedi ki, İvanişvili...”

“Gürcüstanda vəziyyətin gərginləşməsi Bidzina İvanişvilinin maraqlarına cavab verir”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR