Çinin hər 4 şirkətindən biri faiz borcunu ödəyə bilmir

Çinin hər 4 şirkətindən biri faiz borcunu ödəyə bilmir
20:12 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Çin şirkətlərinin 25%-nin gəlirləri o qədər aşağıdır ki, onlar heç faiz borclarını ödəyə bilmir. 
"Report" "Vesti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat "Reuters" hesabatına əsasən verilib. Belə ki, hələ keçən il əmtəə qiymətlərinin kəskin azalması səbəbindən Çinin bu sektorda çalışan şirkətlərinin yarısı borclar üzrə faiz ödəmələrini həyata keçirə bilməyib.
Hazırda Çinin məcmu borcunun ÜDM-də xüsusi çəkisi 300%, korporativ sektorun borcu isə 18 trln. ABŞ dolları və ya ÜDM-də xüsusi çəkisi 169% təşkil edir. İqtisadçılar bu borcun bir neçə il əvvəl Çin iqtisadiyyatıında başlayan yavaşlama fonunda hökümətin şirkətlərə borclanmanı artıraraq inkişaf etmək təklifi ilə izah edirlər. İnvestorlar isə yüksək səviyyədə olan korporativ borcların ABŞ-da 2008-ci ildə iflas edən "Lehman Brothers" misalında olduğu kimi, Çində də bənzər hadisə ilə üzləşə biləcəyindən ehtiyat edirlər. Onlar belə bir hadisənin qlobal böhrana gətirib çıxaracağını bildirirlər. Beynəlxalq maliyyə qurumları Çin hökümətinə yerli şirkətləri maliyyələşdirməkdən çəkinməyi təklif edirlər. Amma, bu ölkədə milyonlarla işsiz ordusunun yaranmasına və etirazlara səbəb ola bilər.
Korporativ sektor, borclarını artırmaqla rentabelliklərinin azalmasına və investisiyaların ixtisarına səbəb olur. Çox vaxt yeni alınan borclar köhnə borcların örtülməsinə yönəldilir. Məhz bu amil, 2008-ci ildə "Lehman Brothers"in iflasından sonra ABŞ-da böhran prosesini sürətləndirib. Fərq isə ondadır ki, ABŞ bank sektorunun aktivləri o zaman 10 trln. dollar, Çinin bank sektorunun cari aktivləri isə 35 trln. dollar təşkil edir və bu ölkədə hər hansı ciddi iflas xəbəri daha böyük böhrana səbəb olacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/cinin-her-4-sirketinden-biri-faiz-borcunu-odeye-bilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR