"Qarabağ"ın yeni transferi: "Etimadı doğrultmağa çalışacağam"

"Qarabağ"ın yeni transferi: "Etimadı doğrultmağa çalışacağam"
20:52 5 Oktyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" bu gün növbəti transferini reallaşdırıb.

Milli.Az klubun saytına istinadən məlumat verir ki, Ağdam təmsilçisi milli komandamıza da dəvət alan, azad agent statusu daşıyan qolkiper Emil Balayevlə bir illik müqavilə imzalayıb.

Son klubu Almaniyanın "Ayntraxt" olan (2014-2016) E.Balayev bu komandadan ayrıldıqdan sonra "Qarabağ"ın düşərgəsində məşq edirdi.

Gənc qolkiper keçidi haqqında açıqlama verib: "İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm, çalışacağam ki, bu etimadı doğruldum. "Qarabağ"a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komanda ilə məşq etmək mənə çox şey öyrətdi. Çalışacağam ki, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR