Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni səhnədən gedir - FOTO

Məşhur müğənni səhnədən gedir - FOTO

Date: 5 October 2016 21:17

Müğənni Demi Lovato bir müddətlik səhnədən gedir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 24 yaşlı ulduzun həmkarı Teylor Sviftin fanatlarından bezdiyi üçün bu qərarı verdiyi deyilir.

O, 2017-ci ildə səhnə işıqlarından və ekranlardan uzaq qalmaq və dincəlmək qərarını verdiyini açıqlayıb.

Qeyd edək ki, Demi bir müddət əvvəl müsahibəsində medianın "Qızlar qrupu" dediyi bir neçə məşhur haqda dedikləri birmənalı qarşılanmamışdı. T.Sviftin liderlik etdiyi bu "qrup"a Gigi Hadid, Karli Klos, Kara Delevin kimi ulduzlar daxildir. Jurnalist Demidən həmin məşhurlar haqda nə fikirləşdiyini soruşub.

Müğənni isə "Bu qızlardan heç bir normal bədən quruluşuna sahib deyil. Onları nümunə çəkməklə qadınları belə görünməyə səsləyirlər. Bu isə səhvdir" demişdi.

Milli.Az




Tags:  Məşhur müğənni səhnədən gedir FOTO

RƏYLƏR


Top news