Ərdoğan Putinə zəng etdi

Ərdoğan Putinə zəng etdi
21:23 5 Oktyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı İstanbulda oktyabrın 10-da keçirilən Ümumdünya Enerji Konqressi çərçivəsində baş tutacaq görüş ərəfəsində liderlər iki ölkə arasındakı əməkdaşlığın inkişafına dair aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya-Türkiyə arasında gələcəkdə ticarət-iqtisadi əməkdaşlığım mərhələli şəkildə bərpa olunması, enerji sahəsində birgə böyük layihələrin, xüsusi ilə də "Akkuyu" AES və "Türkiyə axını" qaz kəməri layihələrinin həyata keçirilməsinə maraq qeyd olunub.

Dövlət başçıları həmçinin Suriya böhranını müzakirə ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR