Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

“Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

Date: 5 October 2016 21:49

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2016-cı il üçün fəaliyyət planına əsasən Abşeron Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə, tədbirdə Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, belə tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silahlarla təchizatı məsələlərinə toxunaraq, Azərbaycan Ordusunun bütün göstəricilər üzrə regionun ən qüdrətli ordusu olduğunu vurğulayıb. Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri haqqında gənclərə ətraflı məlumat verib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirdiyi tədbirlər gənc nəslin milli ruhda tərbiyə edilməsi işinə müsbət təsir edir.

 

Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Abşeron rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.


Tags:  Vətənin müdafiəsinə hazıram mövzusunda tədbir keçirilib


RƏYLƏR


Top news