Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Wi-Fi” şəbəkəsinin sürətini artırmağın yeni üsulu - video

“Wi-Fi” şəbəkəsinin sürətini artırmağın yeni üsulu - video

Date: 5 October 2016 22:01

“Google” şirkəti “Wi-Fi” şəbəkəsinin sürətini artıran yeni cihazını təqdim edib.

Axşam.az ICTnews-a istinadən xəbər verir ki, “Google Wi-Fi” adlanan yeni cihaz “Wi-Fi” şəbəkəsinin tutmadığı nöqtələrdə internetin sürətini bərpa edir və hər yerdə internetə qoşulmağa şərait yaradır.

“Google Wi-Fi” cihazı, xüsusilə evlərdə rast gəlinən bu vəziyyətə son qoymaq niyyətindədir. Eyni zamanda, 5 GHz-ə qədər bir çox “Wi-Fi” şəbəkəsini dəstəkləyən bu cihaz avtomatik olaraq ən sürətli internet bağlantısı qura biləcəyiniz qoşulmaya imkan verəcək.

Bir növ siqnal istiqamətləndirici olan “Google Wi-Fi” iki və daha çox mərtəbəli evlərdə yaşayanlar üçün əlverişli ola bilər. Cihazın ABŞ üçün başlanğıc qiyməti 129 dollar olacaq. İlk sifarişlərin qəbuluna bu ilin noyabrında başlamaq nəzərdə tutulur.


Tags:  Wi-Fi şəbəkəsinin sürətini artırmağın yeni üsulu video

RƏYLƏR


Top news