Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ter Şteqeni dəstəkləyirəm"

"Ter Şteqeni dəstəkləyirəm"

Date: 5 October 2016 22:37

"Barselona"nın əfsanəvi kapitanı Karles Puyol klubun qapıçısı Mark-Andre ter Şteqen barədə danışıb. "Selta" ilə son oyunda alman qolkiperin səhvi komandasına məğlubiyyət (3:4) gətirmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Puyol ona dəstəyini nümayiş etdirib.

"Ter Şteqeni dünyanın ən yaxşı qapıçılarından biri hesab edirəm. Bu gənc qolkiper komandaya xeyli fayda verir, onu dəstəkləyirəm. Əlbəttə, qapıçıların səhv etməsi qapıya qol vurulması ilə nəticələnir. Amma bundan sonra əvvəlki əminliklə oynamaq lazımdır. Ter Şteqenin bu vəziyyətdən çıxması üçün kifayət qədər güclü xarakteri var".

Milli.Az


Tags:  Ter Şteqeni dəstəkləyirəm

RƏYLƏR


Top news