"Bu gün 12 böyükdən, 11 uşaqdan biri astma xəstəsidir"

"Bu gün 12 böyükdən, 11 uşaqdan biri astma xəstəsidir"
22:47 5 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

"Astma dünyada böyük tibbi problemlərdən biri sayılır. Bu xəstəlik insanların sağlamlıq statusuna zərbə vuran problemlərdən biridir. Astma qlobal problem kimi qiymətləndirilməlidir".

Milli.Az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının, Tədris Terapevtik Klinikasının əməkdaşı, tibb elmləri doktoru Əlizamin Sadıqov deyib.
 
Mütəxəssis bildirib ki, bu gün dünyada 12 böyükdən, 11 uşaqdan biri astma xəstəsidir: "Yəni bu, qlobal problemdir. Dünyada 340 milyona yaxın insanın astma xəstəsi olduğu bildirilir. Hərçənd, mən düşünmürəm ki, bu, real rəqəmdir. Yəqin ki, əslində qeydə alınmayan şəxsləri də nəzərə alsaq, daha çox insanın astmadan əziyyət çəkdiyini demək olar. 2025-ci ilə qədər isə bu rəqəmin daha yüz milyon nəfər artacağı gözlənilir. Azərbaycanda isə təxminən 400 mindən çox insanda astmaya rast gəlinir, bu da kifayət qədər böyük rəqəmdir".
 
O, astmanın xroniki problem olduğunu, eyni zamanda genetik bir xəstəlik kimi səciyyələndirildiyini deyib: "İrsən meylli olan insanlara xarici mühit faktorlarının təsiri müəyyən zamandan sonra bronx divarlarında iltihab yaradır. Bu proses periodik olaraq davam edəndə həmin iltihab adi iltihablardan fərqlənir və bronxial astma inkişaf edir. Bronxlarda həssaslıq artır, adi bir qıcıq, məsələn, soyuqdəymə, siqaret tüstüsü, kəskin qoxular, iqlim dəyişikliyi xəstələrdə vəziyyətin dəyişməsinə, astma tutmalarına səbəb olur".
 
Astmanın əsas əlamətinin öskürək, boğulma, sinədə sıxıntı, gərginlik olduğunu deyən mütəxəssis qeyd edib ki, Azərbaycanda xəstəliyin başlanğıcında astma özünü daha çox öskürəklə büruzə verir: "Bakıda daha çox bizə astma ilə bağlı öskürək əlamətləri ilə müraciət olunur. Bu öskürək çox zaman həkimlərimizi çaşdırır. Lazım olmayan antibiotik müalicələrinə başlanır. Təbii ki, bu, riski  bir qədər də ağırlaşdırır və xəstəliyin demək olar ki, idarə olunmaz bir həddə çatmasına səbəb olur. İlk növbədə öskürəyin nəyə görə uzun zaman davam etməsi araşdırılmalıdır.
 
Bu gün dünyada qəbul olan qaydalara görə, öskürək, soyuqdəymə əlamətləri 10 gündən çox davam edirsə, deməli, bu problem soyuqdəymə ilə bağlı deyildir. Ona görə də əhalimiz də, həkimlərimiz də bu məqamlarda diqqətli olmalıdırlar. Bizim həkimlər çox zaman hər şeyi soyuqdəymə faktoru ilə əlaqələndirirlər və bu zaman sanki antibiotiklər yaxın köməkçiyə çevrilir. Amma hər öskürək antibiotik təyini üçün əsas deyil".
 
Ə. Sadıqov bildirib ki, başlıca məsələ öskürəyin səbəblərini araşdırmaqdır: "Biz düşünürük ki, öskürəklə müraciət edən 10 xəstədən beşində bu, allergik mexanizmlərlə bağlı olur".
 
Həkim deyib ki, uşaqlar, qadınlar, qara dərili insanlar daha çox astmaya meyllidirlər. Astmanın müalicəsinin olduğunu deyən Ə. Sadıqov "Amma buna tam müalicə demək olmaz. Kimsə deyirsə ki, astma tam müalicə olunur, bu, düzgün deyil", - deyə bildirib.
 
Onun sözlərinə görə, astma əsasən genetik problem olduğu üçün onun tam müalicəsi mümkün deyil.
 
Astmanın xroniki problem olduğunu, ömür boyu davam etdiyini vurğulayan pulmonoloq deyib ki, ona görə də müalicə daimi olmalıdır. Xəstəlik nəzarətdən çıxan kimi kəskinləşmə yarana bilər: "Hazırda təxminən 10 faiz astma xəstəsinə təyin olunan dərmanların heç bir əhəmiyyəti olmur. Müəyyən yanaşı problemlərin də təsiri nəticəsində ağırlaşmalar qeydə alınır və dərmanın təsiri, yəni müalicənin nəticəsi olmur.
 
Təxminən 5 astma xəstəsindən ikisi gündəlik həyati keyfiyyətlərini itirirlər, onlardan yararlana bilmir, fiziki aktivliyin məhdudlaşması ilə üzləşirlər. Yaşlı xəstələrdə  təxminən 30-40 faiz hallarda heç bir izahı olmayan, səbəbi bilinməyən, genetik sayılmayan astmaya rast gəlinir. Belə hallarda həkimlər müalicə ilə bağlı çətinliklə üzləşirlər".
 
Mütəxəssis qeyd edib ki, qeyri-steroidlər, iltihab əleyhinə olan preparatlar da astmanı kəskinləşdirə bilir.  
 
Onun sözlərinə görə, astma öskürək tutması daha çox otağa daxil olanda, yatağa uzananda, allergenlərlə təmasda olanda baş verir: "Xəstələr deyirlər ki, bayıra çıxanda özümü daha yaxşı hiss edirəm. Amma soyuqdəymə təsiri varsa, insan isti mühitdə özünü daha yaxşı, soyuq mühitdə isə pis hiss edir və öskürək tutmaları yaranır. Bunlar fərqli məqamlardır.
 
Ə. Sadıqov onu da bildirib ki, 80 faiz hallarda allergik rinitdən sonra astmanın başlanma ehtimalı var: "Və ya əksinə, astma olan pasientlərdə sonradan 40-50 faiz hallarda rinit yarana bilir. Eləcə də atopik dermatit də astma üçün risk faktoru sayılır".
 
Qadınlar arasında astma xəstəliyinə daha çox rast gəlindiyini açıqlayan həkim bildirib ki, uşaq yaşlarında oğlanlarda problemə daha çox rast gəlincə də, sonradan say fərqi dəyişir: "Bu, o demək deyil ki, oğlanlar böyüdükcə problem tam sağalır. Sadəcə, oğlan uşaqları yetkinlik dövrünə çatandan sonra inkişaf çox sürətlə getdiyi üçün birdən-birə bronxların genişlənməsi baş verir və artıq eyni mühitdə, eyni dozada olan allergen spazma törədə bilmir və bu uşaqlar sanki astmadan xilas olurlar. Əslində sonradan həmin şəxslərə yenidən astma əlamətlərinin üzə çıxması mümkündür.
 
Ona görə də bu kimi hallarda astma ilə bağlı profilaktika olduqca önəmlidir. Virus infeksiyalarından, allergenlərdən qorunmaq nə qədər çətin olsa da, mümkün qədər təmasdan yayınmaq, siqaret çəkməmək, gigiyena qaydalarına əməl etmək mühüm məsələdir. İstər uşaqlar, istər böyüklər maksimum fiziki aktiv olmalıdırlar. Üzgüçülük, gəzinti, qaçış astma xəstəliyinin profilaktikasında mühüm əhəmiyyət kəsb edir".
 
Astma xəstələrinə, astma riski olanlara ev heyvanlarından, itlərdən, pişiklərdən  mümkün qədər uzaq durmağı tövsiyə edən pulmonoloq deyib ki, pişiklərdə olan allergenlər itlərdə olan allergenlərdən iki dəfə çoxdur: "Əgər nəzarətdə saxlansa, astma çox rahatlıqla idarə olunan xəstəlikdir.  Hətta astması olan şəxslər heç özlərini xəstə kimi hiss etməyə də bilərlər".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yaxın Şərqdə dəyişən geosiyasi şərtlər: İran seçkiləri və Trampın səfəri fonunda

25 May 2017 18:27

Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılması ilə bağlı Tədbirlər Planı imzalanıb

25 May 2017 18:22

Məşhur müğənni 6 gündə iki ərini itirdi

25 May 2017 18:22

​Nadir Qafarzadəni məhv edən nə oldu?

25 May 2017 18:22

Qara nöqtələrə SON

25 May 2017 18:20

BDU-da Respublika Günü qeyd edildi

25 May 2017 18:18

İlham Əliyev Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25 May 2017 18:18

Rumıniya nümayəndə heyəti ADU-da olub

25 May 2017 18:15

Andiçmə mərasiminə gələn ANA

25 May 2017 18:13

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:09

Dənizdən tapılan meyitin itkin düşən neftçiyə aid olub-olmaması müəyyənləşdirilir

25 May 2017 18:08

Karapetyanın ŞOK PLANI: “Bakını işğal edək və hər şey...”

25 May 2017 18:08

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:08

Çində əcnəbi futbolçu transferinə görə 100 faizlik vergi tətbiq olunub

25 May 2017 18:07

"Qəbələ"nin futbolçusu rəsmən "Tobol"da

25 May 2017 18:07

Qəbələdə 2 ədəd tank əleyhinə tüstü minası tapılıb

25 May 2017 18:05

Türkiyədə 4 hərbçi və 1 qoruqçu şəhid olub, 3 terroçu zərərsizləşdirilib

25 May 2017 18:02

Neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq

25 May 2017 18:02

Qərargah: “Bir kişi meyiti tapılıb”

25 May 2017 18:02

"Unibank"dan Respublika gününə xüsusi kredit kampaniyası

25 May 2017 18:01

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25 May 2017 18:01

Bu şəxslər “Şöhrət” ordeni ilə təltif edildi

25 May 2017 18:01

Ruminiyalı alimlər BDU-da

25 May 2017 17:58

Ata öz qızı ilə evləndi - RƏZALƏT!

25 May 2017 17:57

Bir gündə 7 türk hərbçi öldü

25 May 2017 17:55

Daha bir əfsanəvi oyunçu

25 May 2017 17:53

Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10 mln. manat güzəştli kredit verilib

25 May 2017 17:52

Cahangir Hacıyev ittihamları qəbul etmədi

25 May 2017 17:50

Putin İlham Əliyevi təbrik etdi

25 May 2017 17:48

Qocalmağa qoymayan NADİR MADDƏ: alfa lipoikin İNANILMAZ FAYDALARI

25 May 2017 17:48

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

25 May 2017 17:47

Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı

25 May 2017 17:47

“AtaBank” ASC-yə “MasterCard” beynəlxalq ödəniş sistemindən xüsusi mükafat təqdim edilib

25 May 2017 17:43

YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişib

25 May 2017 17:42

Fahişəni polis maşınından düşürüb qaçırtdılar - VİDEO

25 May 2017 17:42

Rəqsanənin bahalı hədiyyəsi, Safura nazir oğlu ilə...

25 May 2017 17:40

İlan onu axtaran adamın üstünı çıxdı və... - DƏHŞƏTLİ ANLAR (VİDEO)

25 May 2017 17:38

BDU-nun dekan müavini məhkəmədə ifadə verib: "Tələbəni kimlərsə öyrədir"

25 May 2017 17:37

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olunub

25 May 2017 17:36

Deputat: Hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə xidmət edir

25 May 2017 17:36

"Expressbank" daha bir nominasiya üzrə qalib olub

25 May 2017 17:36

“Intel” korporasiyası yeni interfeysi populyarlaşdıracaq

25 May 2017 17:35

Smartfonlar üçün əlavə reallıq printeri hazırlanıb

25 May 2017 17:35

Yaddaşınız sizi aldadır? - Bu üsul sizə kömək edər

25 May 2017 17:33

Daha bir dövlət Transxəzər marşrutuna qoşulmaq istəyir

25 May 2017 17:29

Sosial şəbəkələrə münasibətiniz necədir?

25 May 2017 17:29

Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

25 May 2017 17:28

Bu il keçiriləcək qəbul və buraxılış imtahanlarının tarixləri açıqlanıb

25 May 2017 17:27

42 yaşlı futbolçu dünyanı heyran etdi

25 May 2017 17:27

Dollar ucuzlaşdı

25 May 2017 17:23