Zaur məhbusa söz verdi - video

Zaur məhbusa söz verdi - video
23:01 5 Oktyabr 2016
312 Şou
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev məktublardan birini oxuyaraq, kövrəlib.

Axşam.az xəbər verir ki, həbsxanada olan ata, verilişə göndərdiyi məktubunda övladının danışığında qüsur olduğunu və müəyyən müalicələr edilsə də fayda vermədiyini yazıb.

Həmin şəxs övladının müalicəsi üçün Zaurdan kömək istəyib. Aparıcı bildirib ki, çəkiliş qrupunu onun ailəsinin yaşadığı ünvana göndərəcək və vəziyyətlə maraqlanacaq:

“Əlimdən nə gəlirsə etməyə çalışacam”.

Z.Baxşəliyev məktubu oxuduğu zaman “Mənim bir pis xasiyyətim var, məktubu gözümün qarşısında canlandırıram” deyərək kövrəlib:

“Həbsxanada olan, övladları üçün ürəyi yanan bir atanın məktubunu oxumaq mənim üçün çox çətindir. Dəmir barmaqlıqlar arxasında övladının dərdini çəkən atanı gözümün qarşısına gətirirəm. Allah heç kimin yolunu ordan salmasın”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR