Sellülitdən qurtulmağın TƏBİİ YOLLARI

Sellülitdən qurtulmağın TƏBİİ YOLLARI
23:05 5 Oktyabr 2016
208 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən bir çox qadının qorxulu yuxusu olan sellülitdən qurtulmaq üçün aşağıdakı təbii vasitələrdən yararlanmağı məsləhət görür.

Acı bibər
 
Yalnız sellüliti yox etməklə kifayətlənmir, eyni zamanda artıq çəkidən xilas olmaq üçün də yararlıdır. Maddələr mübadiləsini sürətləndirir, bədəni içəridən istilədir, qan dövranını tənzimləyir və toksinlərdən azad olmağa kömək edir.

Qəhvə
 
Daim üyüdülmüş qəhvə içmək qan dövranını sürətləndirir, dəri və bədən sağlamlığının qorunmasına kömək olur. Eyni zamanda ölü hüceyrələrdən xilas olmaq üçün qəhvə qarışımı hazırlaya bilərsiniz. Bunun üçün 2 qaşıq hindqozu yağı, 3 qaşıq şəkər və dörddə bir stəkan üyüdülmüş qəhvəni qarışdırın. Bu qarışımdan az miqdarda götürüb sellülitli bölgələrə sürtərək, bir neçə dəqiqə masaj edin. Sonra yuyun. Həftədə 2-3 dəfə təkrarlayın.

Sağlam qidalanma
 
Sağlam qidalanma sayəsində sellülitlərdən xilas ola bilərsiniz. Qidalanma proqramınızda bol tərəvəz və meyvənin olması vacibdir. Bununla yanaşı, fındıq, fıstıq, zeytun və balıq yeyin. Qızartma və işlənmiş yeməklərdən uzaq durun, şəkər və duz istifadəsini azaldın.

Alma sirkəsi
 
Kalsium, kalium, minerallar və maqneziumla zəngin olan alma sirkəsi sellülitlə mübarizə aparır, bədəndəki toksinlərdən azad olmağa kömək edir. Bir çay qaşığı balla 2 yemək qaşığı alma sirkəsini qarışdırıb gündə iki dəfə yeyin. Və ya suyun 2/1 -i qədər alma sirkəsini qarışdırıb bir az bal əlavə edin və sellülitli bölgələrə sürtün. 30 dəqiqə gözlədikdən sonra ilıq suyla yuyun. Gündə 2 dəfə təkrarlayın.

İdman
 
Sellülitlərinizin olduğu bölgələrə əsasən idman hərəkətləri seçin və gündə 20-30 dəqiqə məşq edin. Məsələn, sellülit ayaqlarınızdadırsa, piyada yerimək, qaçış, pilləkən çıxmaq, velosiped sürmək kimi ayaq hərəkətləri işinizə yarayacaq. Qarnınız üçün press və ayaq qaldırma kimi qarın məşqləri edin. Qollar üçün isə jim, barfiks, üzmə və ağırlıq qaldırmaq kimi məşqlər etməniz məsləhətdir. 

Milli.Az​


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/476420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR