Məktəblərimizin təhlükəsizliyi necə təmin olunur?

Məktəblərimizin təhlükəsizliyi necə təmin olunur?
23:12 5 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Adi bir işçini mühafizə adıyla qapıya qoymaqla iş düzəlmir

Son zamanlar bəzi məktəblərdə neqativ hallar - şagirdlərin döyülməsi, intihara cəhd etməsi, direktorların belə işçiləri döyməsi faktları artır. Nədir bunun səbəbi? Təhsil, təlim-tərbiyə ocaqlarında bu kimi hallar nədən baş verir? Ümumiyyətlə, məktəblərdə təhlükəsizlik tədbirlərinə necə əməl olunur?
Milli.Az xəbər verir ki, Heydər Əliyev adına liseyin direktor müavini Oktay Bədəlovun "Ekspress"ə bildirdiyinə görə, məktəblər təhülükəsizlik baxımından birinci yanğına qarşı hazırlıqlı olmalıdır: "Bütün qayda-qanunlara riayət olunmalıdır. Bütün mərtəbələrdə məktəbə giriş və çıxışların sxemi olmalıdır ki, təhlükəsizlik qaydalarına görə müəllimlər yanğın və ya bir hadisə olanda hardan çıxmaq lazım olduğunu bilsinlər. Yanğın söndürmə aparatları olmalıdır. Məktəbin həyətində böyük su hovuzu qoyulmalıdır".

O.Bədəlov deyib ki, məktəbin mühafizəsi də ciddi qaydalara riayət olunaraq təşkil olunmalıdır: "Mühafizənin işi məktəbin çöl qapısında durub mühafizə etməkdir. Bizim məktəbdə təhlükəsizlik baxımından valideynlər heç vaxt narazı olmayıb. Çünki təhlükəsizlik qaydalarına tam riayət olunur".

Məktəblərdə intihar hallarına münasibət bildirən direktor müavini deyib ki, müəllimlərin hər bir uşağa ayrı-ayrılıqda nəzarət etməsi mümkünsüzdür: "Şagird icazə alıb ayaqyoluna gedir. Sinif otağından çıxır, bir də görürsən ki, bir hadisə baş verir. O işi görən adam hər şeyi əvvəlcədən ölçüb-biçir. İntihar məktəbdə baş versə də, bunu sırf məktəblə bağlamaq düzgün deyil. Valideynlərlə uşağın arasında da yəqin nəsə olur. Məktəblilərin intihar etməsi bir-iki günün işi deyil. Uşaqda neqativ emosiyalar yığılıb kədərli şəkildə nəticələnir. Ola bilsin ki, uşaq məktəbdə yaşıdları, ya da müəllimlərlə bir narazıçılıq yaşasın. Ola bilər məktəbdə kimisə sevib və onunla bağlı narazıçılığı olub".

Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlının qəzetimizə dediyinə görə, məktəblərdə neqativ hallar, döyülmə faktları tək bu gün deyil, həmişə olub: "Xarici ölkələrdə bu, daha çox olur. Bizdə hələ ki, kütləvi hal almayıb".

Məktəbin ümumi təhlükəsizliyinin təmin olunmasına gəlincə, həmsöhbətimiz bildirib ki, məktəblərə hər adam girə bilməməlidir: "Ona görə də məktəblərə müəyyən vəsait ayrılmalıdır ki, məktəbi mühafizə etmək üçün bu işlə məşğul olanları işə götürə bilsinlər. Məktəb və uşaq bağçalarında, təəssüf olsun ki, texniki işçilərdən birini qapıya qoyurlar ki, məktəbi mühafizə etsin. O da bu işin mütəxəssisi deyil. Ali məktəblərin artıq xüsusi mühafizə ilə təmin olunduğunu diqqətə çatdıran Zülfüqarlı bu sistemin orta məktəblərdə də tətbiqini vacib sayır. "Bu isə vəsait tələb edir. Adi bir işçini mühafizə adıyla qapıya qoymaqla iş düzəlmir, məktəb və uşaq baxçalarının təhlükəsizliyi bu gün sual altındadır. Bu iş xüsusi bacarıq tələb edir və təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün mühafizə və ya polis işçiləri olmalıdır. Onlar da müqavilə əsasında fəaliyyət göstərmərlidir".

Məktəblərdə daha çox qadın işçilərin olduğunu deyən M.Zülfüqarlı bildirib ki, texniki işçi kişi olur və onu qapıya qoyurlar: "Gözətçi kişi olmalıdır ki, mühafizəni yaxşı təşkil etsin və kənar adamları içəri buraxmasın. Qadınlar bunu edə bilməz. Məktəbdə daxili nizam-intizam qaydalarının gözlənilməsinə gəlincə, məktəbin işçi heyətindən növbətçilər təşkil olunmalıdır. Məktəb daxilində şagidlərin nadinclik etməməsi, bir-birinə xələl gətirməməsi, partaları sındırmaması üçün növbətçi işçilərin ciddi intizamla fəaliyyət göstərməsi vacibdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR