Bu geyimlər hər qadının qarderobunda olmalıdır

Bu geyimlər hər qadının qarderobunda olmalıdır
23:12 5 Oktyabr 2016
159 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir çox xanım hər gün özünə "Bu gün nə geyinim?" sualını verir. Əgər qarderomunuz sizi gözəl göstərməyə xidmət edirsə, onda narahatlığa əsas yoxdur. Lakin elə geyimlər var ki, hər bir qadının qarderobunda mütləq olmalıdır. Milli.Az lent.az-a istinadən geyimlərin siyahısını təqdim edir.

Ağ köynək
 
Ağ köynək həm iş, həm də gündəlik stilinizi xilas edən geyimdir. Gözəl olanları ofisdə, daha sərbəst olanları həftə sonu kombinələrinizdə istifadə edə bilərsiniz. Onu istər cins şalvarlar, istərsə də ətəklə rahatlıqla geyinə bilərsiniz.

Qısa qara don
 
Qısa qara donun klassikaya çevrilməsinin əhəmiyyətli səbəbi var: hər kəsə uyğun olması! Bədən quruluşunuza və tərzinizə ən yaxın olan qara don seçin və illərlə qarderobunuzda sizi çətin vəziyyətdən qurtaran geyim kimi qalsın.

Ağ don
 
Ağ rəngli donu düzgün formada kombinə edərək geyinmək, qaraya nisbətən daha çətin ola bilər. Lakin bədən xətlərinizə uyğun seçilmiş ağ don yay mövsümündə qısa qara donu əvəz edəcək.

Rəngli və naxışlı köynəklər
 
Yalnız əyləncəli olduqları üçün deyil, funksional olduqları üçün də köynəklər qarderobunuzun əvəzedilməzləri arasında olmalıdır. Parlaq rəngli, dəlisov naxışlı və bəzəkli parçalardan tikilmiş ən az bir köynəyiniz olmalıdır.

Yaxşı bir palto
 
Qış mövsümü üçün yaxşı bir palto seçmək əhəmiyyətli məsələdir. Günlərlə və aylarla əyninizdən çıxarmayacağınız bu geyim sizi isti saxladığı qədər də, hər paltara uyğun və gözəl olmalıdır. Palto alarkən tələsməyin və həqiqətən ürəyinizə yatanını seçin. 

Mövsüm araları üçün pencək
 
Hər stilə uyğun olan bir pencəkdən daha yaxşı nə ola bilər? Hava nə çox isti, nə də soyuq olanda gündəlik istifadə üçün mütləq pencəyə ehtiyacınız olacaq. Blazer pencəklər də mövsüm keçidləri üçün möhtəşəm parçadır.

Cins şalvar
 
Cinslər qarderobun əvəzedilməz parçasıdır. Dar, gen, boyfriend və ya trapes cins şalvarlar... Sadəcə olaraq tərzinizə və zövqünüzə uyğun modellərdə ən az bir neçəsi qarderobunuzda olmalıdır.  

Hər mövsüm üçün ayaqqabı
 
Biz qadınlar üçün ayaqqabı mövzusu ən həssas məqamlardandır. Ayaqqabılara qarşı biganə olan qadın çətin tapılar. Hər bir xanımın ən azı bir cüt uzunboğaz çəkməsi, dikdaban ayaqqabısı, sandal, babet və idman ayaqqabısı olmalıdır. Beləliklə, fərqli kombinləriniz üçün uyğun ayaqqabınız olar.

"Clutch" çanta
 
Tez-tez istifadə edilmədiyi üçün bir ədəd təbii rəngdə və hər kombin uyğunlaşa bilən "clutch" çantanız olmalıdır. Əgər xüsusi hallar üçün qeyri-adi rəng və parçaya yönələcəksinizsə, bahalıları seçməyin.

Həsir şlyapa
 
Görünüşünüzə və tərzinizə uyğun gələn həsir şlyapa yaz, yay və bütün istirahət fəsillərində köməyinizə çatacaq. Sizi günəşdən qoruyarkən çimərlikdə bir stil ikonu kimi də görünəcəksiniz.

Günəş eynəyi
 
Günəş eynəkləri gözlərinizi günəşin zərərli şüalarından qorumaqla yanaşı, tərzinizin də əhəmiyyətli bir hissəsidir. Günəş eynəyi alarkən üzünüzə uyğun olmayan və ucuzlarından uzaq durun.

Qara parçadan şalvar
 
Hər zaman ehtiyacınız ola biləcək digər geyim qara şalvardır. Fabrik istehsalı olan qara şalvarlar ofis üçün uyğundur. Lakin dəvətlərdə paltar geyinmək istəmədikdə tərzli qara şalvar köməyinizə çatacaq.

Diqqət çəkən iddialı bir don
 
Bu cür paltarlar hər kəsə uyğun olmasa da, qarderobunuzda saxlamalısınız. Zövqünüzə uyğun iddialı bir dona heç düşünmədiyiniz vaxt ehtiyacınız ola bilər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR