O filmdə Conni Dep də olacaq

O filmdə Conni Dep də olacaq
23:17 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Aqata Kristinin "Şərq ekspresində qətl" romanı əsasında çəkiləcək 2-ci filmin aktyor heyəti formalaşmağa başlayır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, filmdə "Karib dənizinin quldurları" çoxseriyalı filminin baş rol ifaçısı Conni Depin də yer alacağı dəqiqləşib. O, "Ratçet" rolunu oynayacaq.

Filmin rejissoru Kennet Branaq, ssenaristi isə Maykl Qrin olacaq. Branaq həm də dedektif "Poirot" obrazını canlandıracaq.

"Şərq ekspresində qətl"in digər aktyorları Mişel Pfeiffer, Deysi Ridli, Cudi Denç, Lusi Boynton, Tom Bitmen, Derek Yakobi, Maykl Peņa və Lesli Odom olacaq.

Yaxın Şərqdən istiqamətlənən bir qatarda baş verən cinayətdən bəhs ediləcək filmin çəkilişləri bu ilin noyabrında başlayacaq və gələn ilin noyabrında təqdim ediləcək.

Qeyd edək ki, roman əsasında ilk film Sidney Lumet tərəfindən 1974-cü ildə çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR