Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya nüvə sahəsində ABŞ-la əməkdaşlıq sazişinı dayandırıb

Rusiya nüvə sahəsində ABŞ-la əməkdaşlıq sazişinı dayandırıb

Date: 5 October 2016 23:22

Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə  əməkdaşlıq sazişini dayandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında bildirilir.

Məlumata əsasən, buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub.
 
Reuters agentliyinin məlumatına görə, qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ  nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.
 
Qeyd edək ki, Rusiya və ABŞ arasında saziş 2013-cü ildə Vyanada imzalanıb.

Milli.Az


Tags:  Rusiya nüvə sahəsində ABŞ-la əməkdaşlıq sazişinı dayandırıb

RƏYLƏR


Top news