"Milan"da iş axtaran mən deyildim, özləri müraciət etdi"

"Milan"da iş axtaran mən deyildim, özləri müraciət etdi"
23:27 5 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Paolo Maldini "Milan"ın texniki direktoru postuna dəvət aldığını etiraf edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  25 il "rossoneri"nin şərəfini qorumuş və 3 nömrəli futbolkanı "özəlləşdirən" eks futbolçu hazırda danışıqların getdiyini qeyd edib.

"Son zamanlar adım tez-tez hallanır. Bəzən bunlar yoxlanılmamış və aşkar yalan olan şaiyələrlə bağlı olur. Həqiqətən, evimdə Fassone ("Milan"ın baş direktoru) ilə görüşmüşəm. "Milan"ı qarşıdakı 5 ildə top klublar sırasına qaytarmaq müzakirə olundu. "Milan"ın yeni sahiblərinin ideya və metodlarını anlamaq üçün həyat təcrübəm məni şəraiti dərindən təhlil etməyə yönəldir. Hər il gündə 24 saat işləyib vaxt və enerjimi, sözün əsl mənasında ciddi layihəyə sərf edərəm. Həyatımda dəyişikliklərə hazıram. "Milan"da iş axtaran mən deyildim, özləri müraciət etdi. Yeganə düzgün yol yekun qərar verməzdən öncə klubun sahibləri ilə üz-üzə danışmaqdır. Bu məsələ ədalət və prinsip məsələsidir. Mətbuatda böyük məvacib tələb etdiyim barədə xəbərə rast gəldim. Əslində heç bir şərt qoymamışam. Təkcə müstəqil qərar qəbul etməklə bağlı tələbim var. Bu, mümkün kiçik səhvlərin olmasını da nəzərdə tutur. Fassonenin funksiyalarını ələ keçirmək fikrində deyiləm.

Deyirlər ki, təcrübəm yoxdur. Qeyd etmək istərdim ki, təcrübəm həyatımı "Milan" futbolkası ilə keçirməyimdədir. Onu özümdən ayırmıram. Verəcəyim istənilən qərar klubun xeyrinə istiqamətlənəcək. Yenidən zirvəyə qayıtmaq istəyiriksə, bütün işlər vahid layihə çərçivəsində həyata keçirilməlidir. Həm də bu təklifdən imtina etməyim barədə şaiyələr yayılıb. Düzü, indi mənə təklif olunan vəzifəyə razı deyiləm. Mən layiq olduğum hörməti istəyirəm".

Karyerası ərzində yalnız "Milan"ın formasını geyinən (1984-2009) Maldini burda 902 oyuna çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR