Lahicda naməlum həşəratlar meyvə-tərəvəzi məhv edir

Lahicda naməlum həşəratlar meyvə-tərəvəzi məhv edir
23:44 5 Oktyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunun Lahıc qəsəbəsində mənşəyi bilinməyən həşəratların yayılması insanlar arasında təşvişə səbəb olub.

 

Lent.az-ın xəbərinə görə, bu il payız mövsümü başlayandan bəri Lahıc qəsəbəsində müxtəlif növ həşəratlar müşahidə olunur. Lakin, son günlər həşəratların sayının həddən artıq çoxalması, eləcə də oktyabrın 5-də axşam saatlarında naməlum həşəratların kütləvi şəkildə qəsəbəyə yenidən hücumu sakinlərin narahatlığına səbəb olub.

 

Qəsəbə sakinlərinin sözlərinə görə, bu həşəratların insanlara hələ ki, ciddi bir ziyanı olmasa da, onlar meyvə-tərəvəzi və digər qida məhsullarını tələf edir. Həşəratların evlərdə və küçələrdə çoxluq təşkil etməsi insanlarda hansısa yoluxucu xəstəliklərin yayılacağı ilə bağlı müəyyən narahatlıq yaradıb. İsmayıllı rayon İcra Hakimiyyətinin Lahıc qəsəbəsi üzrə icra nümayəndəliyindən bildirilib ki, həşəratların qəsəbədə yayılması ilə bağlı İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilib.

 

Həşəratlardan nümunə götürülərək Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarət Xidmətinin laboratoriyasına göndərilib. Oktyabrın 5-də axşam saatlarından başlayaraq rayon gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları tərəfindən Lahıc qəsəbəsində dezinfeksiya işləri aparılır və bu tədbirlər davam etdiriləcək. Mütəxəssislər bu naməlum həşəratların mövsümlə əlaqədar olaraq qəsəbəyə gəlməsinə görə insanları narahat olmamağa məsləhət görürlər. Onların insanlara ziyan vurmayacağı və xəstəlik daşıyıcısı olmadığı bildirilir. 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR