Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Həsənov: "İqtisadi islahatların növbəti mərhələsi başlayacaq" VİDEO

Əli Həsənov: "İqtisadi islahatların növbəti mərhələsi başlayacaq" VİDEO

Date: 6 October 2016 01:08

“Post neft dövrünün reallıqları dövlətdən daha çevik siyasət həyata keçirilməsini və bir sıra islahatların aparılması zərurətini yaradır. Bunu nəzərə alan Prezident İlham Əliyev xalqın iradəsinə müraciət etdi və bu islahatlar üçün xalqın dəstəyini aldı”.

Referendumun nəticfələrini "Xəzər Xəbər"ə şərh edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib. O bildirib ki, indi islahatların növbəti mərhələsi başlayacaq.

Referendumdan sonrakı müəyyən prosedurlar bitəndən sonra bu islahatların həyata keçirilməsinin növbəti mərhələsi başlayacaq. 2016-cı il Azərbaycanda iqtisadi islahatlar ilidir. Bu islahatlarla bağlı artıq yol xəritəsi müəyyən edilib. Buna müvafiq olaraq da iqtisadi idarəçiliyin effektivləşdirilməsi, daha optimallaşdırılması və post neft dövründə Azərbaycanın davamlı inkişafının təmin olunması işləri başlanılıb.

Əli Həsənov referendumun nəticələrinə beynəlxalq reaksiyalara da münasibət bildirib. Dövlət rəsmisi deyib ki, referendum özlüyündə ən böyük demokratik hadisələrdən biridir. Taleyüklü məsələlərdə xalqın iradəsini soruşmaq özü bir demokratiya göstəricisidir: “Azərbaycan xalqınınm iradəsini prezident İlham Əliyev soruşdu. Bu iradə nədən ibarət idi? Azərbaycan xalqı referenduma çıxarılan məsələlərdən əvvəlcədən tanış idi. Bunun üzərində Azərbaycan dövləti üçün nə bir rəy, nə bir iradə yoxdur”.

Əli Həsənov bildirib ki, Azərbaycanla əməkdaşlıq edən əksər dövlətlər və təşkilatlar referendumla bağlı müsbət rəyini bildirib. Səsləndirilən konstruktiv rəy və təkliflər gələcəkdə keçiriləcək bu cür siyasi hadisələrdə nəzərə alınacaq. Bəzi dairələrin açıqladığı qərəzli açıqlamaları isə ciddi əhəmiyyət kəsb etməsə də, cavabsız qalmayıb.

"Bəzi anti-Azərbaycan dairələri var. Bunların sırasında qeyri-hökumət təşkilatları var, ayrı-ayrı hüquq müdafiəsi ilə məşğul olan 5-ci kalonun nümayəndələri var, Azərbaycana illərdir ki, düşmənçilik edən xarici və daxili dairələr var. Onların da rəyləri və açıqlamaları oldu. Biz o açıqlamalara da diqqət yetirdik, öyrəndik və müvafiq cavablar verdik",-deyə Əli Həsənov bildirib.


Tags:  Əli Həsənov İqtisadi islahatların növbəti mərhələsi başlayacaq VİDEO


RƏYLƏR


Top news