Slovakiyanın birinci prezidenti vəfat etdi

Slovakiyanın birinci prezidenti vəfat etdi
01:23 6 Oktyabr 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Slovakiya Respublikasının birinci prezidenti olmuş Mixal Kovaç Bratislavada dünyasını dəyişib.

Bu barədə TASS agentliyi Slovakiya radiosuna istinadla məlumat yayıb. Mixal Kovaçın ürək tutmasından vəfat etdiyi bildirilir.

1993-1998-ci illərdə yüksək dövlət postunda çalışmış sabiq prezident uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkib. O, sentyabrına 30-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mixal Kovaç 1930-cu il avqustun 5-də dünyaya gəlib. 1989-cu ildə baş verən inqilabdan sonra o, Slovakiyanın maliyyə naziri təyin edilib, 1992-ci ilin iyununda isə ÇSFR-in federal parlamentinin spikeri olub. Ölkə iki müstəqil dövlətə bölündükdən sonra Mixal Kovaç Slovakiyanın ilk prezidenti seçilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR