“Wi-Fi”ın sürətini artıran cihaz

“Wi-Fi”ın sürətini artıran cihaz
01:39 6 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

“Google” şirkəti “Wi-Fi” şəbəkəsinin sürətini artıran yeni cihazını təqdim edib.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, “Google Wi-Fi” adlanan yeni cihaz “Wi-Fi” şəbəkəsinin tutmadığı nöqtələrdə internetin sürətini bərpa edir və hər yerdə internetə qoşulmağa şərait yaradır. “Google Wi-Fi” cihazı, xüsusilə evlərdə rast gəlinən bu vəziyyətə son qoymaq niyyətindədir. Eyni zamanda, 5 GHz-ə qədər bir çox “Wi-Fi” şəbəkəsini dəstəkləyən bu cihaz avtomatik olaraq ən sürətli internet bağlantısı qura biləcəyiniz qoşulmaya imkan verəcək.

 

Bir növ siqnal istiqamətləndirici olan “Google Wi-Fi” iki və daha çox mərtəbəli evlərdə yaşayanlar üçün əlverişli ola bilər. Cihazın ABŞ üçün başlanğıc qiyməti 129 dollar olacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR