Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fətullah Gülənin iki qohumu tutuldu

Fətullah Gülənin iki qohumu tutuldu

Date: 6 October 2016 02:24

Türkiyənin Sakarya vilayətində Fətullahçı terror təşkilatının (FETÖ) çevriliş cəhdi ilə bağlı istintaq çərçivəsində terror təşkilatının lideri Fətullah Gülənin iki qohumu tutulub.

 

APA TV-nin məlumatına görə, Sakarya prokurorluğunda aparılan istintaq çərçivəsində Hendek qəsəbəsində Fətullah Gülənin əmisinin nəvəsi Semiha Kabakçı və əri Necmi Kabakçı həbs edilib.

 

İstintaqda dindirilən ər və arvad daha sonra həkim müayinəsindən keçirilib. Məhkəmə onlar barəsində Konstitusiya quruluşunun zorakılıqla devrilməsi və silahlı terror təşkilatına üzvlük ittihamı ilə həbs qərarı qəbul edib.

 

Məlumata görə, Semiha Kabakçı terror təşkilatında “Hendek ablası” ləqəbi ilə tanınır.

 

 


Tags:  Fətullah Gülənin iki qohumu tutuldu


RƏYLƏR


Top news