Göygol sakini döyülüb

Göygol sakini döyülüb
02:44 6 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Göygol rayon sakini döyülüb.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1974-cü  il təvəllüdlü Mayıl Hacıyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

İnsident Göygol rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında qeyd alınıb. İlkin məlumata əsasən, sərxoş vəziyyətdə olan 42 yaşlı kişi bir neçə naməlum şəxs tərəfindən döyülüb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR