Mehriban Əliyeva “Əli və Nino” filminin premyerasında iştirak edib

Mehriban Əliyeva “Əli və Nino” filminin premyerasında iştirak edib
03:12 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib (02 İyun 2017 12:47)
Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçildi (02 İyun 2017 11:47)
Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçildi (02 İyun 2017 11:43)

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin premyerası olub.
"Report" xəbər verir ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib.
Premyera filmdə rol almış məşhur aktyorların qırmızı xalı üzərindən keçidi ilə başlayıb.
Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.
Filmin nümayişindən əvvəl baş rolun ifaçısı Adam Bakrinin videomüraciəti göstərilib. O, Bakıdakı təqdimat mərasimində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb. Adam Bakri filmdə yaratdığı roldan zövq aldığını deyib. Azərbaycan dilində çıxış edən aktyor bildirib: “Mən Azərbaycanda çox gözəl vaxt keçirdim və sizinlə görüşmək mənim üçün şərəfdir”.
Sonra film nümayiş olunub.
Birinci Dünya müharibəsinin başlanmasına, dünya neft ehtiyatının 50 faizinin Azərbaycanın payına düşməsinə, ölkəmizin Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşməsinə dair sözlərlə başlayan film elə ilk kadrlarından tamaşaçıda böyük maraq yaradır. Qədim Bakının mənzərələrini göz önündə canlandıran, istiqanlı və məğrur bir xalqın nümayəndəsi olan Əlinin obrazında sərhəd tanımayan, heç bir mənsəbə məhəl qoymayan ülvi bir eşq hekayəsini böyük ustalıq və peşəkarlıqla təqdim edən filmin gələcək uğurlarını bu gündən aydın görmək mümkündür.
Çəkilişləri 2015-ci il ərzində aparılan “Əli və Nino” filminin süjet xətti Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində ölkəmizin bolşeviklər tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.
Filmin prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustanda, Xınalıqda, Gəncə və Gədəbəydə aparılıb. Baş rollarda Adam Bakri (Əli) və Mariya Valverdenin (Nino) çəkildikləri 104 dəqiqəlik ekran əsərində, həmçinin Fəxrəddin Manafov, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar rol alıblar.
“Əli və Nino” ilk dəfə 2016-cı il yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində nümayiş olunub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib. İctimaiyyətə ilk dəfə təqdim olunan bu film artıq dünya mediasının da gündəmindədir. Xarici media “Əli və Nino”nun musiqisini və kinematoqrafiyasını yüksək dəyərləndirir. Mətbuat materiallarında filmin musiqisinin nostalji, eyni zamanda, romantik, kədərli, bununla yanaşı, ümidverici olduğu qeyd edilir. Filmin çox hissəsinin orijinal əsərə uyğun çəkildiyi, ekran əsərinin iki gəncin münasibətlərinin mənfi və müsbət tərəflərini, eləcə də kənardan göstərilən təzyiqləri əks etdirdiyi bildirilir. Qeyd olunur ki, Adam Bakri və Mariya Valverde öz obrazlarının sentimental cəhətlərini məharətlə canlandıra, həmişə, hətta ən çətin anlarda belə soyuqqanlıqlarını qoruya biliblər.
Nümayişdən sonra prodüser Kris Tikye çıxış edərək deyib: “Əslində, bu gün “Əli və Nino” filminin dünya premyerasıdır”. O, filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
“Şəxsən mən ilk dəfədir ki, Azərbaycan dilinə dublyaj olunmuş filmi seyr edirəm. Ümidvaram ki, film çox böyük uğur qazanacaq. Bizə bu ölkədə film çəkmək çox xoş oldu və biz sizin ölkənizi çox sevdik”, - deyən Kris Tikye çəkiliş zamanı filmin icraçı prodüseri Leyla Əliyevanın işə vurğunluğunu, yaradıcı ideyalarını, işin ümumi prosesinə verdiyi dəstəyi xüsusi qeyd edib.
Daha sonra Kris Tikye Leyla Əliyevanı, Kristofer Hemptonu, Mariya Valverdeni və Numan Akarı səhnəyə dəvət edib.
Qeyd edək ki, müxtəlif dövlətlərin, millətlərin nümayəndələrinin yer aldıqları film barədə kinoşünasların da zəngin təəssüratları var.
Filmin ssenari müəllifi Kristofer Hemptonun fikrincə “Əli və Nino” qeyri-adi bir əsərdir. Film ona Azərbaycanı yaxından tanımağa imkan yaradıb. “Maraqlıdır, ölkənin ərazisi böyük olmasa da fərqli coğrafi mövqeyi, iqlimi, meşələri var. Xalqınız çox mehribandır. Burada çox gözəl vaxt keçirdim”, - deyə Kristofer Hempton vurğulayıb. Bir çox layihələrdə işlədiyini qeyd edən Kristofer Hempton diqqətə çatdırıb ki, bu layihə istər çəkiliş prosesi, istərsə də mövzu baxımından onun üçün çox maraqlı olub.
Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.
Oktyabrın 24-dən başlayacaq Asiya Dünya Film Festivalı isə “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.











RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47

Axirət günündə sağ qalmaq mümkündürmü? -

25 İyun 2017 23:46

Məsciddə atışma: 4 ölü

25 İyun 2017 23:38

Almaniya və Çili yarımfinalda - VİDEO

25 İyun 2017 23:37

Jaguar-dan yeni universal XF - FOTO

25 İyun 2017 23:37

Bakıda "Formula-1" pilotları arasında mübahisə: “Kişidisə, gəlsin üz-üzə danışaq...” - VİDEO - FOTO

25 İyun 2017 23:32

Populyar xanım ispan kurortunda - FOTO

25 İyun 2017 23:32

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

25 İyun 2017 23:32

Şüuraltı fikirləri təmizləmək mümkündür

25 İyun 2017 23:22

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

25 İyun 2017 23:22

Oturaq işləyən insanlar diqqətli olun

25 İyun 2017 23:22

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

25 İyun 2017 23:17

Kişiyə qadın paltarı geyindirib küçədə gəzdirdilər -

25 İyun 2017 23:15

Tovuzda özünü qatarın altına atan qadının kimliyi bilindi

25 İyun 2017 23:14

Cinlərin adları və növləri

25 İyun 2017 23:12

"Canlanmış" şəkillər sanki hərəkət edir - FOTO

25 İyun 2017 23:05

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

25 İyun 2017 23:03

Formula-1 Azərbaycan Qran-Prisi gərgin anlarla yadda qalıb

25 İyun 2017 22:57

Dövrümüzün ən gözəl universal - FOTO

25 İyun 2017 22:57

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37

Tanış olun: İnstagram-dakı zəngin valideynlər - FOTO

25 İyun 2017 22:32

Yəməndə məcidlərin birində atışma: 4 ölü

25 İyun 2017 22:29

Müəllim və həkim heyəti məcburi tarlalara göndərilir

25 İyun 2017 22:27

"İyrənc texnologiya" -

25 İyun 2017 22:23

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25 İyun 2017 22:22

Bu axşam fitrə çıxarmağı unutmayın

25 İyun 2017 22:22

Astma xəstəliyinə qarşı istifadə edilən bitki

25 İyun 2017 22:22

20 min azərbaycanlını dinindən döndərmək İSTƏYİBLƏR

25 İyun 2017 22:22

Cəlilabadda ölümlə nəticələnən QƏZA

25 İyun 2017 22:18

Qan qrupu xarakterinizdən xəbər verir

25 İyun 2017 22:17

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI

25 İyun 2017 22:17

Göygöldə “Opel“ piyadanı vuraraq sürüdü

25 İyun 2017 22:14

Prezident İlham Əliyev Qran-Prinin final yarışına baxıb

25 İyun 2017 22:12

Göygöldə mübahisə etdi, maşını ilə vurdu

25 İyun 2017 22:12

Göygöldə mübahisə edən şəxslərdən biri digərini maşınla vurub

25 İyun 2017 22:07

Onlar fotoşop qurbanlarıdır - FOTO

25 İyun 2017 22:05

Bakıda 25 min manatlıq CİNAYƏT

25 İyun 2017 22:04

Tanınmış teleaparıcı rep oxudu - VİDEO

25 İyun 2017 21:58

BMW 6-Series Gran Turismo - FOTO

25 İyun 2017 21:57

Adolf Hitler ölməyib -

25 İyun 2017 21:53

Darçın yağının faydaları

25 İyun 2017 21:52

Evə soxulub ana və qızı bıçaqlayan tutuldu

25 İyun 2017 21:47